AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Əqli Mülkiyyət Hüququ: Əmtəə Nişanı və Azərbaycanda Əmtəə Nişanlarının Qeydiyyatı

May 30, 20220

Əqli mülkiyyət dedikdə insan beyninin yaradıcılığının “məhsulları” – ədəbi və incəsənət əsərləri, dizaynlar, ixtiralar və s. başa düşülür. Bu xüsusda, Əqli Mülkiyyət Hüququ isə “əqli mülkiyyət” kimi tanınan ixtiraların, yazıların, musiqilərin, dizaynların və digər əsərlərin yaradıcılarının və sahiblərinin hüquqlarını qoruyan və həyata keçirən hüquq sahəsidir. Bu sahə özlüyündə də iki böyük qrupa ayrılır ki, bunlara müəlliflik hüquqları (müəlliflik və əlaqəli hüquqlar)sənaye mülkiyyəti (ixtiralar, faydalı modeller, əmtəə nişanları, nou-hau) daxildir.

  1. Əmtəə nişanı nədir

Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirənqrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər:

  • sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması.

Halbuki qeyd etmək lazımdır ki, bir nişanın əmtəə nişanı hesab olunması üçün yuxarıda qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olması kifayət deyil. Belə ki, qanunverici tərəfindən əmtəə nişanına verilmiş tərifdən göründüyü kimi, hər hansı bir nişanın əmtəə nişanı hesab edilə bilməsi üçün o iki əsas xüsusiyyətə malik olmalıdır:

  1. Fərqləndiricilik qabiliyyəti;
  2. Vizual olaraq təsvir edilə bilmək qabiliyyəti.

Yalnız bu xüsusiyyətləri özündə ehtiva edən və sadalanan kateqoriyalardan birinə daxil olan nişanlar əmtəə nişanı hesab olunur.

  1. Əmtəə nişanının qeydiyyatı nə üçün vacibdir?

İlk olaraq qeyd edilməlidir ki, qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna hüquq verir. Bu o deməkdir ki, yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna hüquqlara malik olur və ona məxsus nişandan başqalarının qanunsuz istifadə etməsinə qadağa qoya bilər. Bundan əlavə, aşağıda göstərilmiş səbəblər də əmtəə nişanının qeydiyyatının vacibliyini bir daha sübut edir:

  • qeydiyyata alınmış əmtəə nişanı bir istehsalçının əmtəə və xidmətlərinin digər istehsalçının əmtəə və xidmətlərindən fərqləndirir. Burda əmtəənin forması, dizaynı əsas cəhət hesab olunur;
  • qeydiyyat sizi qanun pozuntularından və haqsız rəqabət aparanlardan qoruyur. Bundan əlavə nişandan üçüncü tərəfin qanunsuz istifadəsi  və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı nişan sahibinin xeyrinə qərar qəbul etməyə əsas verir;
  • qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə zəmanət vermiş olur. Bu da istehlakçıların məhsula olan inamını artırmaqla yanaşı, onu saxta məhsuldan ayıra bilmələri üçün yardımçı olur;
  • əmtəə nişanının tanınması, yəni istehlakçılar arasında nüfuz qazanması onun sahibinə bazarda daha çox gəlir əldə etməkdə kömək edir.
  1. Əmtəə nişanının qeydiyyata alınması

Azərbaycanda Əmtəə Nişanının Qeydiyyatı Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzi tərəfindən həyata keçirilir. Mərkəz tərəfindən müvafiq qaydada ekspertiza aparıldığından əmtəə nişanlarının qeydiyyatının başa çatması müddəti 6-10 ay arasında dəyişə bilir.

Əmtəə nişanlarının qeydiyyatı prosesi müxtəlif mərhələlərdən ibarətdir. Xarici hüquqi və ya fiziki şəxslər Azərbaycanda əmtəə nişanlarının qeydiyyatı üçün patent müvəkkili vasitəsilə iştirak etməlidirlər. Yerli hüquqi və fiziki şəxslər sərbəst şəkildə Əqli Mülkiyyət Agentliyinə müraciət edə bilərlər. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən əmtəə nişanının qeydə alınması barədə iddia sənədini iddiaçı (hüquqi və ya fiziki şəxs) Agentliyə verir. Həmin iddia sənədi iddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına aid olmalıdır. Əmtəə nişanının qeydə alınmasına dair verilən ərizədə aşağıdakılar göstərilməlidir:

  1. iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkil vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
  2. iddia edilən nişanın şəkli və ya üçölçülü forması (nişan üçölçülü olduğu təqdirdə);
  3. nişanların qeydiyyatı üçün əmtəələrin və xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısı;
  4. əmtəə nişanının rəngi;
  5. nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi.

Ərizəyə aşağıdakılar qoşulur:

  1. xidmət haqqının (ödənişin) ödənildiyini təsdiq edən sənəd;
  2. iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə);
  3. kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, onların vahid keyfiyyət və digər xüsusiyyətləri;
  4. zəruri halda əmtəə nişanının ilkinliyini təsdiq edən sənəd (Qanunun 10-cu maddəsinə uyğun olaraq);
  5. zəruri halda əmtəə nişanının sərgi ilkinliyini təsdiq edən sənəd.

Əmtəə nişanının qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir. İddia sənədinə daxil olan digər sənədlər Azərbaycan dilində və ya başqa dillərdə verilə bilər.

ACON komandası olaraq Azərbaycan Respublikasında əmtəə nişanlarının qeydiyyata alınması və qorunması ilə bağlı hüquqi xidmətləri göstərməkdən məmnun olarıq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
× MESSAGE US!