AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B
HAQQIMIZDA

ACON ilə
Daha yaxşısı üçün

ACON öz müştərilərinə Biznes və İnvestisiya Konsultasiyası, eləcə də Hüquqi Yardım xidmətləri təklif edən aparıcı şirkətlərdən biridir. Komandamız peşəkar vəkillərdən, hüquqşünaslardan və təcrübəli konsultantlardan ibarətdir. Komandamızın hər bir üzvü öz sahələrində çoxillik peşəkar təcrübəyə malikdir.

Biz hansı sahələr üzrə peşəkarıq?

İstənilən növ hüquqi yardımla bağlı bizə üz tuta bilərsiniz!

Biz sizə hüquqi konsultasiya və vəkil xidmətləri sahəsində xidmətlər göstərə bilərik. Vəkillərimiz və hüquqşünaslarımız bugünədək hüququn ən müxtəlif sahələri üzrə yerli və əcnəbi, eləcə də korporativ müştərilərimizə xidmətlər göstərmişlər. Mülki Hüquq (Daşınmaz Əmlak Hüququ, Bank Hüququ, Müqavilə Hüququ, Əqli Mülkiyyət Hüququ və s.), Cinayət Hüququ, Miqrasiya Hüququ, Biznes Hüququ, Əmək Hüququ, Sosial Təminat Hüququ, Vergi Hüququ və s. hüququn ayrı-ayrı sahələrində biz sizə keyfiyyətli xidmət göstərməyə hazırıq.

Biznesə başlayan zaman və biznesinizin cari fəaliyyətində bizim xidmətlərimizdən yararlana bilərsiniz!

Peşəkar biznes konsultanlarımız sizə biznes ideyalarının təqdim olunması, biznes ideyalarınızın planlanması, bazar araşdırmalarının həyata keçirilməsi, biznesinizin dövlət qeydiyyatı, biznesinizin idarə olunması, mühasibatlıq xidmətləri və s. ilə bağlı xidmətlər göstərməyə hazırdır. Xidmətlərimiz individual olaraq hər bir müştərimizin tələbləri və ehtiyacları öyrənilməklə təklif olunur. Sizi əmin edirik ki, biznesiniz bizimlə gözləntilərinizi üstələyəcəkdir.

İnvestisiyanızı ən düzgün şəkildə dəyərləndirməkdə biz sizə kömək edəcəyik!

Biz komandamız və partnyorumuz olan şirkətlərlə birlikdə sizə öz investisiyanızı ən düzgün şəkildə dəyərləndirməkdə kömək olacağıq. Fərq etməz, istər daşınmaz əmlak investisiyası, istərsə də biznes investisiyası ilə bağlı təcrübəmiz sizi seçim qarşısında qalmaqdan və tərəddüdlərinizdən xilas edəcək.

Bugünədək bizim köməkliyimizlə müxtəlif biznes sahələrinə investisiyalar qoyulması bizə biznes investisiyası sahəsində yetərli təcrübə qazandırmışdır. Biz mövcud təcrübələrimizlə sizin uğur hekayənizdə öz yerimizi alacağımızdan əminik.

Biz eyni zamanda daşınmaz əmlak investisiyası sahəsində sizə kömək edə bilərik. ACON öz tərəfdaş şirkətləri ilə birgə sizə öz investisiyanızı risklərdən tamamilə uzaq və gələcəkyönümlü dəyərləndirməyə imkan yaradacaq.

SİZƏ NECƏ KÖMƏK EDƏ BİLƏRİK

Biz
Peşəkarıq

ACON öz müştərilərinə Biznes və İnvestisiya Konsultasiyası, eləcə də Hüquqi Yardım xidmətləri təklif edən aparıcı şirkətlərdən biridir.
Biz sizə Azərbaycan Respublikasında öz biznesinizə başlamağınız üçün biznes konsultasiyası xidmətləri təklif edirik.
Xidmətlərimizdən yararlanmaqla investisiyanızı ən optimal şəkildə dəyərləndirməyə nail olacaqsınız.
Hüquqi problemlərinizin həlli ilə bağlı sizlərə yüksək keyfiyyətli xidmətlər göstərməyə hazırıq.
Biz sizə müvəqqəti və ya daimi əsaslarla yaşayış icazələrinin alınması ilə bağlı hüquqi dəstək göstərməyə hazırıq.
ACON olaraq biz sizə şirkətinizin mühasibatlıq xidmətlərini komandamıza həvalə etməyinizi tövsiyə edirik.
ACON komandası olaraq sizə peşəkar komandanızı formalaşdırmaq üçün xidmətlər göstərməyə hazırıq.
TANIŞ OLUN

Sizin
ACON komandanız

Vəkil Malik Gurbanov

Malik Qurbanov

Mən və komandam çoxillik təcrübəmizlə sizlərə peşəkar xidmətlər göstərməkdən məmnunuq!
Vəkil
Direktor / Həmtəsisçi
Hüquqşünas Siraj Sultanli

Sirac Sultanlı

Biznes Konsultasiyası sahəsində çoxillik peşəkar təcrübəmlə sizlərin xidmətinizdəyəm!
Biznes Məsləhətçisi
Həmtəsisçi
Lenay. Immigration Lawyer in Baku

Lenay Seyidəli-zadə

Hüquqi maraqlarınızın təmin olunması üçün sizlərə peşəkar xidmət göstərməyə hazıram!
Baş Hüquq Məsləhətçisi
Hüquqşünas
Zahra Rasulova Lawyer in Baku

Zəhra Rəsulova

Miqrasiya Hüququ sahəsində mövcud bilik və təcrübəmlə sizlərin xidmətinizdəyəm!
Hüquq Məsləhətçisi
Hüquqşünas
Real Estate Expert in azerbaijan

Təbriz Xəlilzadə

İnvestisiyanızı ən optimal şəkildə dəyərləndirməyiniz üçün sizə kömək edəcəyəm!
Məsləhətçi
Daşınmaz Əmlak üzrə Ekspert
bt_bb_section_bottom_section_coverage_image

ƏLAQƏ SAXLAYINBizimlə əlaqə

İstədiyiniz zaman ofisimizi ziyarət edin və ya bizə e-poçt göndərin. Müştərilərimizdən gələn bütün təkliflərə açığıq.
Ünvan
AZ1025, Azure Biznes Mərkəzi,
Bakı, Azərbaycan
Zəng edin
+994 50 990 15 99
+994 12 700 00 00
Mail yazın
info@acon.az
investment@acon.az
Doing Business in Azerbaijan
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
× MESSAGE US!