Düzgün hüquq firması (hüquq şirkəti) seçimi hüquqi problemlərinizin həlli, eləcə də yarana biləcək problemlərin qarşısının alınması baxımından çox vacibdir.
Biz Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən nüfuzlu hüquq firmasıyıq. Komandamız vəkillərdən (Azərbaycan Vəkillər Kollegiyasının üzvləri) və öz sahələrində uzun illər təcrübəsi olan peşəkar hüquqşünaslardan ibarətdir. Şirkətimizin əsas missiyalarından biri müştərilərimizə Azərbaycan Respublikası ərazisində yüksək keyfiyyətli hüquqi yardım və vəkil xidmətləri göstərməkdir.
Hüquqi problemlərin həlli, o cümlədən potensial hüquqi risklərin qarşısının alınması baxımından işin peşəkarlara həvalə edilməsi böyük əhəmiyyət kəsb edir.
Siz Azərbaycan Respublikası ərazisində sizə lazım olan istənilən növ hüquqi xidmət və vəkil xidmətləri üçün ACON Hüquq Firması (Hüquq Şirkəti) xidmətlərindən istifadə edə bilərsiniz.
Hüquqşünaslarımız hüququn bir çox sahələrində ixtisaslaşmışlar. Artıq bir neçə ildir ki, biz ACON Hüquq Firması (Hüquq Şirkəti) olaraq Mülki Hüquq, Kommersiya Hüququ, Miqrasiya hüququ, Vergi Hüququ, Bank Hüququ, Əqli Mülkiyyət Hüququ, İnzibati Hüquq, Cinayət Hüququ, Ailə Hüququ və s. hüquq sahələrində müştərilərimizə xidmətlərimizi təqdim edirik.
ACON olaraq biz sizə təkcə hüquqi xidmət deyil, həm də Azərbaycan Respublikasında biznes qurmaq üçün konsultasiya xidmətləri təklif edirik.
Bizim hüquq firmamız Azərbaycanda biznesə başladığınız zaman sizə lazım olan hüquqi xidmətləri göstərməklə biznesinizin hüquqi əsaslarını formalaşdırmaqda sizə köməklik göstərəcək. Biz sizə biznes qurarkən ehtiyac duya biləcəyiniz bütün növ hüquqi yardım xidmətləri təqdim etməyə hazırıq.
Sonda qeyd edək ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən aparıcı hüquq firmalarından (hüquq şirkətlərindən) biri olaraq peşəkar hüquqşünas və vəkillərimizlə sizə xidmət göstərməkdən məmnunuq.