AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Azərbaycan Respublikasında investisiya edən zaman diqqət edilməli məqamlar

Oktyabr 24, 2021

Pulumu sadəcə olaraq saxlamaq kifayət deyil, gələcəkyönümlü investisiyalar etməklə daha çox qazanmalıyam. Bu hər bir investorun prinsipidir.

Bəzi suallar yaranır? Haraya, nə zaman, necə investisiya etməliyəm? Hansı riskləri nəzərə almalıyam? İnvestisiya etməzdən əvvəl bu faktorlar diqqətlə düşünülməli və optimal qərar qəbul edilməlidir.

İnvestisiya etmək istədiyiniz ölkədə peşəkar konsultantlarla mövcud perspektivlər, hüquqi və iqtisadi risklər barədə məsləhətləşməyiniz sərmayənizin təhlükəsizliyinin təminatı ola bilər. İnvestisiya planlarınızla bağlı mütəxəssislərdən məsləhət almaq tərəddüdlərinizdən xilas olmaqla ən düzgün qərarı verməkdə sizə kömək olacaqdır. İnvestor üçün sərmayə qoyulacaq ölkədə təcrübəli investisiya konsultantı və hüquqşünaslarla daimi əməkdaşlıq etmək risklərin ötürülməsi üçün olduqca zəruridir. Əlbəttə ki, sizin öncədən investisiya etməklə bağlı təcrübənizin olması investisiya etmə prosesində sizin mütləq köməyinizə çatacaqdır.

Azərbaycan – yeni dünyanın investorlara təklif etdiyi perspektiv. Ölkəmizin coğrafi-strateji mövqeyi – Avropa və Asiya bazarlarına çatımlılıq, qlobal əhəmiyyətli quru və su yollarının kəsişməsində yerləşməsi, iqtisadi inkişaf tempi, turizm resursları, sosial-mədəni mühiti xarici investorları ən çox cəlb edən məqamlardandır.

İqtisadi perspektivlərin nəzərə alınması

Sərmayə yatıracağınız ölkədə hansı iqtisadi sahələrin gəlirli və adekvat olması, hansı iqtisadi sahəyə investisiya yatırılması, mövcud bazarda tələb-təklif meyarlarının müəyyən olunması ilkin öyrənilməli məqamlardandır. Bu zaman təsadüfi və investisiya konsultasiyası təcrübəsi olmayan şəxslərlə və ya profili başqa olan mütəxəssislərlə məsləhətləşməkdən qaçınmağınız tövsiyyə olunur. Yanlış bir addım böyük perspektivlərin qarşısını ala bilər. Konsultasiya bazarının araşdırılması, nəzəri-praktiki bilgilərə sahib və investisiya konsultasiyası sahəsində uğurlu fəaliyyət göstərmiş mütəxəssislərlə əməkdaşlığınız investisiyanızın siğortası olacaq.

Hüquqi risklər və tənzimləmələr

Biznesə və ya bazara əhəmiyyətli dərəcədə təsir edən qanun və qaydalar yarana biləcək riskləri tənzimləyir. Bu sahədə təməl bilgilərinizin olması, eləcə də  peşəkar hüquqşünasların xidmətləri sizi hüquqi risklərdən qoruyacaq. Dövlətin vergi siyasəti, qanunvericiliklə hansı növ biznes fəaliyyətlərinin qadağan olunması, xüsusi razılıq – lisenziya tələb edən fəaliyyət sahələri, qanunvericiliyin tələblərinin pozulmasına görə qarşılaşa biləcəyiniz hüquqi məsuliyyət tədbirləri, əmək münasibətlərinin hüquqi tənzimlənməsi, müqavilə hazırlanan zaman nəzərə alınmalı məqamlar, gələcəkdə mübahisə yaranacağı təqdirdə hüquqi nizamlama yolları, daşınmaz əmlakla bağlı hüquqi münasibətlərin tənzimlənməsi  və s. kimi nüanslarla bağlı məlumatsızlığınız sizi hüquqi risklərlə üz-üzə qoya bilər. Qeyd olunan məsələlər xüsusi bilik tələb etdiyindən bu bilgilərə sahib və uyğun praktikaya malik vəkil və ya hüquqşunasla məsləhətləşməyiniz, hüquqi rəy almağınız, daimi əməkdaşlıq etməyiniz olduqca faydalıdır.

Biznes investisiyası prosesində nəzərə alınmalı hüquqi məsələlər və perspektivlər:

Vergilər –  İnvestisiya etməzdən öncə ölkənin mövcud vergi qanunvericiliyi mütləq nəzərə alınmalıdır.  Azərbaycanda rezidentlər və əcnəbilər üçün sahibkarlıq sahəsində nəzərdə tutulmuş aşağı vergi dərəcələri, bəzi sahələrin ümumiyyətlə vergidən azad olması, administrativ güzəştlər, vergi partnyorluğu, sahibkarlara dövlət dəstəyi və vergi sahəsində tam elektronlaşmış şəffaf sistemin olması əcnəbiləri öz bizneslərini buraya daşımağa və ya burada yeni növ biznes sahəsinə investisiya etməyə təşviq edir.

Sosial və əmək münasibətləri – rəqabətə dözümlü əmək bazarı, təcrübəli və perspektivli, müxtəlif dil bilgiləri olan işçi qüvvəsi sizin gələcək biznesinizin uğurları üçün potensial perspektivlərdəndir. İşçi və İşəgötürən arasında formalaşmış təcrübi münasibətlər, bütün hüquq və vəzifələri əhatə edən əmək kontraktları, razılaşmalar və hüquqi komplayns sizin hüquqi sğortanız olacaq.

Mülki-hüquqi aspektlər – investisiya, biznes demək, mülki münasibətlər deməkdir. Müxtəlif mülki hüquqi sahələrdə elektronlaşmış və sadələşmiş prosedurlar investor məmnunluğuna xidmət edir. Məsələn, əmlak investisiyası zamanı sadələşmiş və hüquqi risklərdən kənar notariat əməliyyatları, investisya ilə bağlı bank əməliyyatları, hesabların açılması, şirkətlərin yaradılması, pay bölgüləri, payların satılması və s. müddət tələb etməyən, ən qısa zamanda öz həllini tapan mülki hüquqi məsələlərdir.

Mediasiya və Məhkəmə sistemi – İnvestisya və biznes münasibətlərində yarana biləcək anlaşılmazlıqlar zamanı müqavilə şərtlərinə uyğun olaraq, mübahisələrin tənzimlənməsi üçün daxili qanunvericilik sizə mediasiya təklif edir. Təcrübəli mediatorların iştirakı ilə ən qısa müddətdə hüquqi mübahisələriniz hər iki tərəfin maraqlarına xidmət edəcək formada həll olunması investorları əlavə vaxt və pul itkilərindən qorumaqdadır.

Azərbaycan Respublikasında üç instansiyalı məhkəmə sistemi vardır. Şəhər məhkəmələri, apellyasiya və kassasiya məhkəmələri. Biznes mübahisələri üçün ixtisaslaşmış məhkəmələrin mövcudluğu biznes mübahisələrinin ən qısa müddətdə araşdırılması, obyektiv və ədalətli qərarların qəbulu investora və biznes mühitinə verilən dəyərin göstəricisidir.

Bazarda “vasitəçilər” və iqtisadi cinayətkarlardan, yalançı konsultantlardan necə qorunmalı?

Hüquqi xidmət, biznes və investisiya konsultasiyası sahəsində təcrübəsi olmayan şəxslərlə əməkdaşlıq etməyiniz mövcud sərmayenizi və reputasiyanızı təhlükə altına qoya bilər. Dəfələrlə bu kimi hallardan zərərçəkən investorlara xidmətlər göstərmişik. Odur ki, bəzi praktiki bilgilərimizi nəzərinizə çatdırmaq istərdik. İlk öncə, əməkdaşlıq edəcəyiniz, konsultasiya xidməti göstərən şirkət və yaxud şəxslərdən adekvat biznes və investisiya konsultasiyası təcrübəsinə, hüquqi xidmət və ya vəkil xidməti göstərmək hüququna malik olub-olmaması aydınlaşdırılmalı və müvafiq sertifikatlar tələb edilməlidir. Tərəfdaşınızın profili ilə yaxından tanışlıq, investisiya konsultasiyası ilə bağlı uğurlu nəticələrinin olub-olmamasının müəyyənləşdirilməsi investisiyanızı risklərdən kənar tutacaq.

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.