AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

XİDMƏTLƏRİMİZBiznes Konsultasiyası

Azərbaycan yeni bir biznes fəaliyyətinə başlamaq üçün doğru seçimdir. Biz bunu əminliklə deyə bilərik. Nə üçün? Əlverişli biznes mühiti, stabil iqtisadi inkişaf tempi, aşağı dərəcəli vergi tələbləri və vergi güzəştləri bizə bunu deməyə əsas verir.

Ancaq yeni bir ölkədə biznes fəaliyyətinə başlamaq elə də asan deyil. Problem odur ki, siz yerli bazarın xüsusiyyətlərinə yaxından bələd deyilsiniz. Eyni zamanda yerli qanunvericiliyin tələbləri sizin üçün yaddır. Bütün bunlardan xəbərdar olmaq yeni bir biznes fəaliyyətinə başlayan zaman zəruridir. Biz öz təcrübəmizi sizə təqdim etməklə həm risklərinizi minimllaşdıracaq, həm də biznesinizin uğur qazanması üçün sizə kömək edəcəyik!

bt_bb_section_bottom_section_coverage_image

Biz yeni bir biznesə başlayan zaman sizə necə kömək edə bilərik?

Biz sizə düzgün bazar araşdırması aparmağa kömək edəcəyik!

İnvestisiya etmək istədiyiniz sahə üzrə bazarın öyrənilməsi biznes fəaliyyətinə başlamaq üçün vacibdir. Yerli bazarın xüsusiyyətlərini bilmədiyiniz üçün çəkinməyin! Bizim xidmətlərimiz vasitəsilə siz yerli bazarın xüsusiyyətləri barədə dolğun məlumat əldə edəcəksiniz. Yerli bazarın xüsusiyyətlərinə tam bələd olmaq sizə düzgün qərar verməkdə kömək olacaqdır. Siz  elə hiss edəcəksiniz ki, yeni biznesinizi öz  ölkənizdə qurursunuz!

Biz sizin yeni biznesinizi planlamaqda və onu idarə etməkdə kömək edəcəyik!

Biznesin planlanması biznes fəaliyyətinə başlamaq üçün ilkin zəruri mərhələlərdən biridir. Düzgün biznes planlaması ilə siz biznesinizin gələcək inkişaf tempini ən başdan izləyə biləcəksiniz. Gələcək biznesinizin potensial rəqibləri, biznes auditoriyanız, yerli bazarda sizin gələcək biznes məhsulunuza olan tələb, sizi gözləyən risklər barədə ən düzgün məlumatları və biznesinizin gələcəyi ilə bağlı proqnozları biz sizə təqdim etməyə hazırıq.

Xidmətlərimiz həmçinin sizə gələcək biznesinizin idarəetməsini ən optimal formada qurmağa və biznesinizə daha asan nəzarət etməyə kömək olacaqdır.

Biznes ideyası pul qədər dəyərlidir!

Hansı növ biznesə başlamalı? Bu sual yəqinki, sadəcə sizi yox milyonlarla insanı düşündürür. Yaxşı bir biznes ideyası biznesə investisiya etmək üçün pula sahib olmaqdan daha vacibdir. Biz sizə çoxsaylı biznes ideyaları təqdim etməyə hazırıq. Biz özümüzə inanırıq. Əmin ola bilərsiniz ki, biznes ideyalarımız sizə arzularınızdakı məbləğləri qazanmaqda kömək olacaqdır.

Unutmayın ki, sizin eyni zamanda hüquqi dəstəyə ehtiyacınız olacaqdır!

Yaxşı ideyanızın, biznes planınızın və investisiyanızın mövcudluğu yeni bir biznes fəaliyyətinə başlamaq üçün olduqca vacibdir. Ancaq, siz mütləq hüquqi dəstəyə ehtiyac duyacaqsınız. İnvestisiya etmək istədiyiniz sahə üzrə qanunvericiliyin tələbləri barədə düzgün məlumata sahib olmalısınız. Bu sizin biznesinizin hərhansı hüquqi risklərlə qarşılaşmaması üçün lazımdır.

Bizim peşəkar hüquqşünaslarımız biznes fəaliyyətinizin istənilən mərhələsində sizə yüksək keyfiyyətli hüquqi xidmətlər göstərməyə hazırdır.

bt_bb_section_bottom_section_coverage_image
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
× MESSAGE US!