AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Boşanma Vəkili Xidmətləri. Əmlak Bölgüsü və Aliment

İyun 3, 202214

Boşanma dedikdə, nikahın məhkəmə qaydasında pozulması nəzərdə tutulur. Bəs hansı halda nikah məhkəmə qaydasında pozulur? Boşanma işləri ilə əlaqədar vəkil xidmətlərinə müraciət etmək hansı hallarda tövsiyə olunur? Boşanma prosesində tərəfin vəkili tərəf üçün hansı növ xidmətləri təqdim edir? İnanırıq ki, bu bloq yazımız suallarını aydınlaşdırmaqda sizə yardımçı olacaqdır. Qeyd edək ki, boşanma işləri ilə əlaqədar vəkil xidmətlərinə ehtiyacınız vardırsa şirkətimizə müraciət edə bilərsiniz.

Ailə Məcəlləsinin 19-cu maddəsinə əsasən aşağıdakı hallarda nikah məhkəmə qaydasında pozulur:

  • ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;
  • tərəflər nikahın pozulmasına razı olmadıqda.

Göstərilən hallarda ər və ya arvad boşanma üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərlər. Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər boşanma ilə bağlı iddia qaldıra bilməz.  Bu qayda uşağın ölü doğulduğu və ya bir yaşına çatanadək öldüyü hallara da şamil olunur.

Təcrübəmizə əsasən deyə bilərik ki, tərəflər boşanma prosesində əsasən əmlak bölgüsü, aliment, uşaqların yaşayış yerinin müəyyənləşdirilməsi, uşaqla ünsiyyət hüququ məsələləri ilə bağlı işə vəkili cəlb etməyi – vəkil xidmətlərinə gərək duyurlar.

I. Nikahın məhkəmə qaydasında pozulması – Boşanma

İlk öncə qeyd etməliyik ki, boşanma ilə bağlı məhkəməyə ərizə ilə müraciət etməzdən əvvəl tərəflər mütləq mediasiya prosesindən keçməlidirlər. Ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya zamanı da həll edilə bilər. Əgər tərəflər razılığa gəlməsə və ya tərəflərdən biri mediasiya prosesində iştirak etməsə qarşı tərəfin məhkəməyə müraciət etmək hüququ yaranmış olur.

Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Əgər tərəflərdən biri boşanmaya razı deyilsə, belə olan halda məhkəmə tərəfindən ər-arvadın barışması üçün 3 aylıq müddət müəyyən edilir.

Boşanma prosesi zamanı məhkəməyəqədərki dövrdə düzgün addımların atılması, məhkəmə prosesinin uğurla nəticələnməsinin əsasıdır. Boşanma prosesində qanunvericiliyinin tələblərinə uyğun addımlar atmaq üçün vəkil xidmətlərindən istifadə etməyiniz tövsiyə olunandır.

II. Boşanma zamanı əmlak bölgüsü necə baş verir? Əmlak bölgüsü ilə əlaqədar vəkil xidmətləri.

Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
  • ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.

Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan biri, digərinin razılığı olmadan birgə əldə etdikləri əmlakı üçüncü şəxslərin mülkiyyətinə verə bilməz və ya bununla bağlı əqd (müqavilə) bağlaya bilməz. Bu hal baş verərsə razılığı olmayan tərəf məhkəmədə bunu mübahisələndirə bilər.

Boşanma zamanı ər-arvadın ümumi əmlakının bölünməsi bu barədə məhkəməyə ərizə verildikdə həyata keçirilir. Qeyd edək ki, ər-arvadın ümumi əmlakı onların arasında mövcud olan saziş əsasında da bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.

Əmlak bölgüsünə dair məsələlər tərəflərin boşanma prosesinə vəkili cəlb eyməyə (vəkil xidmətlərinə müraciət etməyi) ən çox ehtiyac duyduqları nüanslardandır. Boşanma işləri zamanı əmlak bölgüsü kifayət qədər mürəkkəb və vaxt tələb edən proses olduğu üçün bu proseslərə vəkili cəlb etmək tövsiyəolunandır.

III. Boşanma zamanı valideynlərin aliment öhdəlikləri və bununla bağlı vəkil xidmətləri

Boşanma zamanı ortaya çıxan əsas məsələlərdən biri də alimentlə bağlıdır. Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamadıqda məhkəmə qaydasında valideyndən uşağın mənafeyi üçün aylıq aliment məbləği tutulur.

Yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin miqdarı aşağıdakı kimi müəyyən edilir:

  • 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
  • 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
  • 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

Qeyd edək ki, əgər valideynin sabit gəliri yoxdursa və ya işləmirsə belə olan halda məhkəmə minimum aliment məbləğinin ödənilməsini qərara alır. Minimum aliment məbləğinin miqdarı 193 AZN təşkil edir.

Alimentlə bağlı işlərdə iddia qaldıran tərəfin əsasən qarşılaşdığı problemlər aşağıdakılardır:

  • daha az məbləğdə aliment ödənilməsi üçün real qazanc və gəlirlərin gizlədilməsi;
  • alimentin ödənilməsindən ümumiyyətlə boyun qaçırmaq.

Bu kimi halların baş verməsi uşaqların əmlak hüquqlarının pozulması ilə nəticələnir. Boşanma prosesində alimentlə bağlı işlərdə qarşınıza çıxa biləcək potensial problemləri effektiv həll etmək üçün vəkil xidmətlərindən yararlana bilərsiniz.

IV. Boşanma zamanı uşaqların yaşayış yerinin müəyyən edilməsi və bununla əlaqədar vəkil xidmətləri

Məhkəmə tərəfindən qərar qəbul edilərkən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması da müəyyən edilir. Təcrübəmizə əsasən deyə bilərik ki, bu prosesdə adətən məhkəmələr tərəfindən aşağıda göstərilən məqamlar nəzərə alınır:

  • uşağın valideynlərindən hər birinə bağlılıq məsələsi (bunu müəyyən etmək üçün zəruri olduqda ekspertiza da keçirilə bilər);
  • valideynlərin mənəvi və şəxsi keyfiyyətləri;
  • uşağın yaşı və fikri (qeyd edək ki, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır);
  • uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla);
  • ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyəti.

Bunu da qeyd edək ki, uşaqların məhkəmənin qərarı ilə valideynlərdən birinə verilməsi, digər valideynin ünsiyyət hüququnu məhdudlaşdırmır. Uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna malikdir. Əgər bu hüquq məhdudlaşdırılarsa, hüququ məhdudlaşdırılan valideyn bununla bağlı məhkəməyə müraciət edə və övladı ilə görüş hüququnu məhkəmə qaydasında təmin edə bilər.

Uşaqların yaşayış yerinin müəyyən edilməsi kifayət qədər həssas bir prosesdir və burada hər zaman uşağın mənafeyi üstün tutulmalıdır. Təcrübədə valideynlərdən birinin öz hüquqlarından sui-istifadə edərək digər tərəfin hüquqlarını məhdudlaşdırması halına tez-tez rast gəlinir. Bu kimi hallarda vəkil xidmətlərindən istifadə edərək övladınızın mənafeyinə uyğun nəticənin əldə edilməsinə nail ola bilərsiniz.

ACON Hüquq Firması olaraq müştərilərimizə boşanma işləri üzrə vəkil xidmətləri təklif edirik. Əmin ola bilərsiniz ki, vəkillərimiz hüquqlarınızın müdafiəsi, aliment, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşaqla ünsiyyət hüququ və əmlak tələblərinizin reallaşdırılmasında sizə yardımçı olacaqlar.

 

Həmçinin bax:
  1. ACON Hüquq Firması, Vəkil Xidmətləri: https://acon.az/az/vəkil, https://acon.az/az/vəkil-xidmətləri
  2. ACON Hüquq Firması, Kommersiya işləri (iqtisadi mübahisələr) üzrə Vəkil Xidməti: https://acon.az/az/iqtisadi-mubahisələr-kommersiya-mubahisələri-uzrə-vəkil-xidmətləri/
  3. ACON Hüquq Firması, Cinayət işi (işləri) üzrə Vəkil Xidmətləri: https://acon.az/az/bosanma-isləri-uzrə-vəkil-xidmətləri
  4. ACON Hüquq Firması, Mülki işlər üzrə Vəkil Xidmətləri: https://acon.az/az/mulki-isler-uzre-vekil-xidmetleri/

14 comments

  • Kamala

    Dekabr 19, 2022 at 12:33 axşam

    Salam, boşanma vəkili ilə görüşmək üçün sizin ofisinizi ziyarət etmək istəyirəm, əlaqə nömrəsi vasitəsilə görüş götürməliyəm?

    Reply

    • ACON Consulting

      Dekabr 20, 2022 at 7:17 səhər

      Bəli, öncədən görüş vaxtının təyin olunması zəruridir.

      Reply

  • Parvin

    Dekabr 19, 2022 at 12:33 axşam

    Salam, boşanma işi üçün vəkil axtarıram, siz mənə kömək edə bilərsiniz?

    Reply

    • ACON Consulting

      Dekabr 20, 2022 at 7:15 səhər

      Zəhmət olmasa vebsaytımızda qeyd olunan əlaqə vasitələrindən hərhansı biri vasitəsilə bizimlə əlaqə saxlayasınız.

      Reply

  • Aysun

    Dekabr 19, 2022 at 12:34 axşam

    Boşanma vəkili qiymətləri barədə mənə məlumat göndərməyinizi rica edirəm.

    Reply

    • ACON Consulting

      Dekabr 20, 2022 at 7:14 səhər

      Xidmətlərin dəyəri işin hallarından asılı olaraq fərqli ola bilər. Tövsiyə edirik ki, öncədən görüş təyin etdirməklə ofisimizi ziyarət edəsiniz.

      Reply

  • Ruslan Bakirov

    Dekabr 19, 2022 at 12:35 axşam

    Boşanma işi üçün vəkil axtarırdım sizin saytınız qarşıma çıxdı. Boşanma vəkili ilə telefon vasitəsilə necə əlaqə saxlaya bilərəm?

    Reply

    • ACON Consulting

      Dekabr 20, 2022 at 7:12 səhər

      Vebsaytımızda qeyd olunan əlaqə nömrələri vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

      Reply

  • Şahin Ahmedov

    Dekabr 19, 2022 at 12:36 axşam

    Boşanma vəkili ilə görüş üçün ofisinizi ziyarət edə bilərəm?

    Reply

    • ACON Consulting

      Dekabr 20, 2022 at 7:11 səhər

      Xahiş olunur, vebsaytımızda qeyd olunan əlaqə vasitələrindən istifadə etməklə öncədən görüş götürəsiniz.

      Reply

  • Husniyya Abubakirova

    Dekabr 19, 2022 at 12:42 axşam

    Salam. Mən 7 aydır ki, evliyəm. Boşanmağı planlaşdırıram. Nə etməli olduğumu düzü bilmirəm. Boşanma vəkili ilə əlaqə saxlayıb görüşmək istiyirəm. Xahiş edirəm mənə qiymətlərlə bağlı məlumatı mailimə göndərə bilərsinizmi?

    Reply

    • ACON Consulting

      Dekabr 20, 2022 at 7:10 səhər

      Salam. Vebsaytımızda qeyd olunmuş əlaqə vasitələrindən hərhansı biri vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

      Reply

  • Təranə Əliyeva

    Dekabr 21, 2022 at 6:46 səhər

    Salam, boşanma vəkili xidmətləri ilə maraqlanıram. Bilmək istərdim ki, sadəcə boşanma vəkili üçün etibarnamə verməklə boşanma prosesinin heç bir mərhələsində iştirakım olmadan bütün işləri icra etmək mümkündürmü? Əmlak bölgüsü və aliment məsələlərini nəzərdə tuturam.

    Reply

  • Alfiyə

    Dekabr 22, 2022 at 7:27 səhər

    Salam, uşağın ölkə xaricinə atanın icazəsi olmadan aparılması mümkündür? Uşağın 4 yaşı var. Atası etibarnamə vermir. Uşağın xaricə aparılması ilə bağlı vəkil xidməti var sizdə?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.