AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Cinayət işi (işləri) üzrə Vəkil Xidmətləri

Dekabr 13, 20221

Cinayət dedikdə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi nəzərdə tutulur. Cəza məhkəmə tərəfindən cinayət törədən şəxs barəsində tətbiq olunan cinayət hüquqi xarakterli tədbirdir. Cəza özündə cinayət törədən şəxs barəsində müəyyən məhrumiyyətlərin tətbiq edilməsini ehtiva edir. Cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəçi xidmətlərindən (vəkil xidməti) istifadə edərək müdafiə olunmaq hüququ var. Müdafiə olunmaq istəyən şəxs özü vəkil xidmətləri üçün müstəqil şəkildə müraciət edə bilər.

Mülki işlərdən fərqli olaraq cinayət işləri daha həssas kateqoriyalı işlərdir ona görə ki, bu tip işlərdə əsas məqam insan həyatı ilə bağlıdır. Cinayət işləri ilə əlaqədar yol verilən kiçik bir səhv və ya diqqətsizlik bir insan həyatında əhəmiyyətli rol oynaya bilər. Bu səbəbdən bu tip işlərdə vəkil xidmətlərindən istifadə edərək müdafiə olunmaq hər zaman tövsiyə edilir.  

I. Cinayət işi (işləri) üzrə vəkil iştirakının zəruriliyi.

Qeyd etdiyimiz kimi, şəxsin tutulduğu, həbsə alındığı, şübhəli şəxs qismində cəlb edildiyi və ya təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiçənin xidmətlərindən istifadə etmək hüququ yaranır. Şəxs müdafiəçini (vəkili) özü müstəqil şəkildə seçə bilər, əgər bunun üçün imkanı yoxdursa dövlət tərəfindən şəxsə müdafiəçi (vəkil) təyin olunmalıdır. Müdafiəçi qismində vəkillər çıxış edir. Vəkil şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini hüquq-mühafizə orqanlarında cinayət işi araşdırılması zamanı və məhkəmə prosesi zamanı həyata keçirə bilər.

Qeyd etməliyik ki, vəkilin müdafiə etdiyi şəxsə münasibətdə bir sıra hüquqları mövcuddur:
  • şübhənin və ya ittihamın mahiyyətini öyrənmək;
  • müdafiə etdiyi şəxslə təklikdə görüşmək və ünsiyyətdə olmaq;
  • müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;
  • cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək;
  • məhkəmə iclaslarında və iş materiallarının tədqiqində iştirak etmək;
  • təhqiqatçının, müstəntiqin və ya prokurorun hərəkətlərindən və qərarlarından şikayət etmək;
  • hökmdən və ya məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək vəs.

Sadalananlardan da göründüyü kimi vəkil cinayət prosesinin istənilən mərhələsində iştirak edərək şəxsi tam olaraq müdafiə etmək hüquqlarına malikdir. Şübhəli və ya təqsirləndirilən şəxsin vəkilə müraciət etdiyi təqdirdə vəkil tərəfindən yuxarıdakı xidmətlərlə təmin olunmaq hüququ yaranmış olur. Bu səbəbdən effektiv və qanunun tələblərinə uyğun şəkildə müdafiə olunmaq üçün vəkil xidmətlərindən istifadə etmək məqsədəuyğundur.

Şirkətimizin vəkilləri sizə

  • şəxsin tutulduğu, həbsə alındığı zaman hüquqi yardım;
  • cinayət işinə cəlb edilən şəxsə hüquqlarının izah edilməsi;
  • müxtəlif cinayət prosessual hüquqi hərəkətlər (dindirmə, hadisə yerinə baxış və s.) zamanı hüquqi müdafiə;
  • hüquq-mühafizə orqanları və məhkəmədə şəxsin hüquqi müdafiəsi ilə bağlı peşəkar xidmətlər təklif edir.

II. Şübhəli və Təqsirləndirilən şəxs kimlərdir?

Cinayət prosesi zamanı şəxslər barəsində şübhəli və ya təqsirləndirilən şəxs olması ilə bağlı tez-tez eşidirik. Bəzən bu anlayışlar eyniləşdirilir və ya yalnış şəkildə istifadə olunur. Bu anlayışların fərqli olduğunu və həm təqsirləndirilən, həm də şübhəli şəxsin cinayət qanunvericiliyinə əsasən ayrı-ayrı hüquqlarının olduğunu bilmək zəruridir.

Şübhəli şəxs

Şübhəli şəxs – cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs hesab olunur. Şəxsin şübhəli şəxs qismində tutulması həmin şəxsin cinayət əməlini törətməsi anlamına gəlmir. Şəxsin  barəsində mövcud olan şübhələr əsassız da ola bilər. Şəxsi şübhəli şəxs vəziyyətində saxlamaq üçün müəyyən olunmuş müddətlər mövcuddur:

  • tutulmuş şəxsi — 48 saatdan artıq saxlamaq olmaz (burada müddət xüsusi mürəkkəb cinayətlər üçün əlavə 48 saat uzadıla bilər.)
  • həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri seçilmiş şübhəli şəxsi — qətimkan tədbiri seçilməsi haqqında qərarın elan edildiyi andan 10 (on) gündən artıq saxlamaq olmaz.

Qeyd edilən müddətlər bitənədək şəxsin təqsiri sübut edilibsə şübhəli şəxsi azad edərək, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarılmalıdır. Əks halda şübhəli şəxs azad edilməli və haqqında seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Şübhəli şəxs qismində cəlb edilən şəxsin nədə şübhələnildiyini bilmək,  tutulduğu halda tutulmanın əsaslarını bilmək kimi hüquqları var. Həmçinin, şübhəli şəxsin tutulduğu andan müdafiəçinin (vəkilin) xidmətlərindən istifadə etmək hüququ var.

Təqsirləndirilən şəxs

Təqsirləndirilən şəxs – müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs hesab olunur. Qanunvericiliyə əsasən Təqsirləndirilən şəxsin hüquqları müstəntiq, prokuror və ya məhkəmə tərəfindən təmin edilməlidir. Təqsirləndirilən şəxsə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verilməlidir.

  • Dindirməyə çağırılma. Dindirmə zamanı şübhəli və təqsirləndirilən şəxsin hüquqları.

İlk öncə  qeyd edək ki, dindirilməyə çağırılan şəxs bununla bağlı çağırışı vərəqəsi göndərilir və ya şəxs elektron qaydada məlumatlandırılır. Çağırış vərəqəsində kimin, hansı prosessual qisimdə çağırıldığı, habelə çağırılan şəxsin haraya və nə vaxt gəlməli olduğu göstərilir. Qeyd edək ki, çağırış üzrə dindirməyə getməyən şəxslər barəsində məcburi gətirilmə tətbiq edilə bilər.

Şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barәsindә qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Əgər şübhəli şəxs qismində cəlb edilən şəxs müdafiəçinin (vəkilin) iştirakı ilə ifadə vermək istəsə, müdafiəçi gəlmədən  şəxs dindirilə bilməz.

Təqsirləndirilən şəxsin dindirilməsi ona ittiham elan edildikdən dərhal sonra aparılmalıdır. Təqsirləndirilən şəxsin də müdafiəçinin (vəkilin) köməyindən istifadə edərək ifadə vermək hüququ var. Bunu da qeyd edək ki, dindirmə zamanı təqsirləndirilən şəxsin susması onun özünü təqsirli bilməsi kimi qiymətləndirilə bilməz.

Bütün bunları nəzərə alaraq şübhəli və ya təqsirləndirilən şəxs qismində dindirildiyiniz halda vəkilin köməyindən istifadə etməyiniz və vəkiliniz olmadan ifadə verməməyiniz tövsiyə ediləndir.

III. Tutulma, həbsə alınma və azadlıqdan məhrumetmə.

Tutulma – şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti    saxlanılma yerində saxlanılmasıdır. Tutulmanın tətbiq edildiyi şəxslər aşağıdakılardır:

  • cinayəti törətməkdə şübhəli olan şəxslər;
  • ittiham elan edilməli olan və ya haqqında seçilmiş qətiimkan tədbirinin şərtlərini pozan şəxslər;
  • qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədi ilə məhkumlar.

Həbs – qətiimkan tədbiri qismində təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır. Həbs yalnız təqsirləndirilən şəxs   barəsində seçilər bilər.

Tutulan və ya həbsə alınan şəxsə bunun səbəbləri izah edilməli və müdafiəçinin (vəkilin) xidmətlərindən istifadə hüququ bildirilməlidir.

 Həbs və azadlıqdan məhrumetmə anlayışları tez-tez qarışdırılan və insanlarda yalnış təsəvvür yaradan anlayışlardır.Həbslə bağlı qeyd etdiklərimizi ümumiləşdirsək deyə bilərik ki, həbs – istintaq dövründə, məhkəməyəqədər icraat mərhələsində seçilən qətimkan tədbiridir və müvəqqəti xarakter daşıyır.

Azadlıqdan məhrumetmə dedikdə isə cəza nəzərdə tutulur. Bu cəza məhkəmə icraatının sonunda, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlara mahiyyəti üzrə baxılması yekununda məhkəmənin hökmü ilə verilir.

IV. Təqsirsizlik Prezumpsiyası nədir və mahiyyəti nədən ibarətdir?

 Təqsirləndirilən və ya şübhəli şəxs qismində cəlb edilən şəxslərin bilməli olduğu anlayışlardan biri də təqsirsizlik prezumpsiyası anlayışıdır. Nədir təqsirsizlik prezumpsiyası?

Cinayətin törədilməsində təqsirləndirilən şəxs onun təqsiri sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, təqsirsiz sayılır. Bu o deməkdir ki, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi heç də onun müvafiq cinayəti törətməsi mənasına gəlmir. Şəxsin barəsində məhkəmə hökmü çıxdığı andan o təqsirli hesab olunur.

Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmçinin, cinayət törətməkdə təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.

Bu blog yazımızda sizə cinayət prosesində tez-tez rast gəlinən hallar və anlayışlar barədə qısa məlumat təqdim etmək istədik. Bildirmək istərdik ki, ACON Hüquq Firması olaraq müştərilərimizə cinayət işləri üzrə vəkil xidmətləri təklif edirik. Əmin ola bilərsiniz ki, vəkillərimiz hüquqlarınızın effektiv müdafiə olunmasında və barənizdə edilən hər hansı hüquq pozuntusuna qarşı sizə yardımçı olacaqlar.

Həmçinin bax:
  1. ACON Hüquq Firması, Vəkil Xidmətləri: https://acon.az/az/vəkil, https://acon.az/az/vəkil-xidmətləri
  2. ACON Hüquq Firması, Boşanma işləri üzrə vəkil xidmətləri. Əmlak Bölgüsü və Aliment: https://acon.az/az/bosanma-isləri-uzrə-vəkil-xidmətləri/
  3. ACON Hüquq Firması, Kommersiya işləri (iqtisadi mübahisələr) üzrə Vəkil Xidməti: https://acon.az/az/iqtisadi-mubahisələr-kommersiya-mubahisələri-uzrə-vəkil-xidmətləri/
  4. ACON Hüquq Firması, Mülki işlər üzrə Vəkil Xidmətləri: https://acon.az/az/mulki-isler-uzre-vekil-xidmetleri/

One comment

  • Züleyxa Kamalova

    Dekabr 21, 2022 at 7:49 səhər

    Cinayət vəkili xidmətlərinə ehtiyacımız var. Bilmək istərdik ki, siz ekstradisiya işləri üzrə xidmət göstərirsiniz?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.