Biz inanırıq ki, peşəkar komanda biznesin inkişafının və uğurunun təməlidir. ACON komandası olaraq sizə peşəkar komandanızı formalaşdırmaq üçün xidmətlər göstərməyə hazırıq.
Biz sizə necə kömək edə bilərik?
Əgər siz öz biznes fəaliyyətinizə peşəkar yerli və əcnəbi kadrlar cəlb etmək istəyirsinizsə düşünmədən bizə müraciət etməyinizi tövsiyə edirik. Komandamız sizin tələblərinizi müəyyənləşdirməklə istər yerli, istərsə də beynəlxalq əmək bazarından peşəkar kadrların biznes fəaliyyətinizə cəlb olunmasına köməklik göstərəcəkdir. Yerli və Beynəlxalq tərəfdaşlarımızın köməyilə sizə ən uyğun kadrların tapılması xidmətlərini uğurla icra edəcəyimizdən əmin ola bilərsiniz.
Biz eyni zamanda fəaliyyətinizə cəlb edəcəyiniz əcnəbi işçilər üçün İş İcazələrinin və Azərbaycan Respublikası ərazisində Müvəqqəti Yaşamaq üçün İcazələrin alınması ilə bağlı hüquqi xidmətləri uğurla icra edəcəyik.
ACON komandası sizə peşəkar kadrların tapılması ilə yanaşı, kadr işinin təşkili ilə bağlı şirkətinizin daxili kargüzarlıq işlərini (Əmrlərin, Əmək müqavilələrinin və kadr işinin təşkili ilə bağlı digər kargüzarlıq işlərinin) qanunvericliyin tələblərinə uyğun formada həyata keçirməkdə köməklik göstərəcəkdir.