AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı diqqət edilməli məqamlar

Oktyabr 24, 2021

Kommersiya hüquqi şəxslər dedikdə, əsas məqsədi mənfəət əldə etməkdən ibarət olan hüquqi şəxslər, başqa sözlə desək şirkətlər nəzərdə tutulur. Şirkətlərin dövlət qeydiyyatına alınması onların fəaliyyətə başlamaları üçün zəruri ilkin addımdır.

Ancaq biz öz təcrübəmizdə şahidi oluruq ki, şirkətlərin dövlət qeydiyyatına alınması prosesində təsisçilər hüquqi bilgisizlikdən qaynaqlanan müəyyən səhvlərə yol verirlər. Bu isə bir çox hallarda biznesləri və onların təsisçilərini ciddi hüquqi risklərlə üz-üzə qoyur. Biz sizi müəyyən hüquqi risklərdən qorumaq üçün sizə təcrübəmizdən qaynaqlanan müəyyən məsləhətlər verməyi özümüzə borc bilirik.

Şirkətlərin dövlət qeydiyyatına alınması prosesində müəyyən məqamlara diqqət yetirilməlidir:

Təşkilati-hüquqi formanın müəyyənləşdirilməsi:

Şirkətlərin təşkilati hüquqi forması onun idarəetmə formasına, təsisçilərin şirkətin idarə olunmasında iştirakına, təsisçilərin hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar məsuliyyət dərəcəsinə və s. uyğun müəyyən edilir.

Bir çox hallarda biz öz təcrübəmizə əsasən şahidi oluruq ki, şirkətin təşkilati hüquqi forması müəyyənləşdirilən zaman təsisçilər bilgisizlikdən dolayı real münasibətlərə uyğun təşkilati hüquqi formada şirkət yaratmaqdansa bu prosesə yetərincə önəm vermirlər və ümumiyyətlə şirkətlərin təşkilati-hüquqi formaları haqqında düzgün məlumatlandırılmırlar. Bu isə bir çox hallarda şirkətin fəaliyyətinin sonrakı mərhələsində hüquqi problemləri qaçınılmaz edən faktordur.

Buna görə də biz sahibkarlara tövsiyə edirik ki, Azərbaycan Respublikasında şirkətlərini yaradan zaman şirkətlərin təşkilati-hüquqi formaları ilə bağlı mütəxəsislərdən kömək almadan prosesə başlamasınlar. Bu şirkətlərin təsisçilərinin hüquqlarının siğortalanması və eləcə də şirkətlərin fəaliyyətinin təşkili baxımından zəruridir.

Hüquqi şəxsin filiallarının qeydiyyatı:

Şirkətlərin filialları dedikdə, şirkətin özündən kənarda yerləşən və onun funksiyalarını icra edən ayrıca bölməsi nəzərdə tutulur. Şirkətlərin filialları şirkətin tam səlahiyyətli alt qurumu olmaqla onların səlahiyyətlərini tam və ya qismən həyata keçirmək hüququna malikdirlər.

Təcrübəmiz əsasında deyə bilərik ki, bəzi hallarda hüquqi prosedurların nisbi mürəkkəbliyi baxımından xüsusilə əcnəbilər üçün sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətlər göstərən şəxslər onlara şirkətlərin filiallarını yaratmaq əvəzinə yeni şirkət  qeydiyyatının həyata keçirilməsini tövsiyə edirlər ki, bu özü müəyyən hüquqi risklərin təməli qismində çıxış edir. Məsələn, bu zaman ölkədən xaricə pul köçürmələrinin həyata keçirilməsi ilə bağlı və yaxud da ki, sahibkarlıq subyektinin idarə olunması ilə bağlı müəyyən çətinliklər ortaya çıxır.

Buna görə də, tövsiyə edirik ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinə başlamağı planlaşdıran əcnəbi sahibkarlar bu nüansla bağlı diqqətli olsunlar və bu sahədə təcrübəsi və praktiki bilgiləri olan mütəxəssislərə  müraciət etsinlər.

Şirkətlərin “Təsis sənədləri” hazırlanarkən nəzərə alınmalı məqamlar:

Kommersiya hüquqi şəxslərin təsisçiləri tərəfindən təsdiq olunan “Nizamnamə” onun təsis sənədidir. Kommersiya hüquqi şəxslərin “Nizamnamə”sində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi forması, habelə kommersiya hüquqi şəxslərin ləğvi qaydaları müəyyənləşdirilir.

Biz, bir çox hallarda şahidi oluruq ki, kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində təsisçilər təsis sənədlərinin hazırlanması prosesinə yetərincə diqqət ayırmır, hətta bir çox hallarda şablon sənəd formalarından istifadə etməyə üstünlük verirlər. Bununla da onlar pullarına qənaət etdiklərini düşünürlər. Ancaq reallıq ondan ibarətdir ki, şirkətlərin təsis sənədləri təsisçilər arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsi, şirkətlərin fəaliyyətləri ilə bağlı vacib qərarların qəbul olunması, mənfəətin bölüşdürülməsi, şirkətlərin idarə olunması və s. kimi olduqca vacib hüquqi məsələləri özündə əhatə edir ki, bu səbəbdən də təsis sənədlərinin hazırlanması prosesinə yetərincə diqqət göstərilməməsi bir çox hallarda qərarların qəbul olunmasına, anlaşılmazlıqların aradan qaldırılmasına mane olur, şirkətlərin idarə olunması ilə bağlı bu və ya digər hüquqi risklərə gətirib çıxarır.

Buna görə də, biz istər Azərbaycan Respublikası vətəndaşlarına, istərsə də əcnəbilərə şirkətlərin dövlət qeydiyyatına alınması prosesində təsis sənədlərinin hazırlanmasına xüsusi önəm vermələrini tövsiyə edirik. Bununla təsisçilər şirkətlərinin idarə olunmasını düzgün təşkil etməklə, hüquqi risklərdən siğortalanacaqlar.

Lisenziya tələb edən fəaliyyət sahələri:

Azərbaycan Respublikası Qanunvericiliyi müəyyən biznes fəaliyyətləri ilə məşğul olmaq üçün biznes subyektlərindən müvafiq lisenziyaya və icazələrə malik olmağı tələb edir. Yəni, bəzi biznes sahələrində fəaliyyət üçün şirkətlərin sadəcə olaraq dövlət qeydiyyatından keçirilməsi kifayət deyildir. Şirkətlərdən eyni zamanda lisenziya və  icazələrin alınması da tələb olunur ki, bu cür olan halda lisenziya tələb olunan biznes sahələri ilə müvafiq lisenziyalar alınmadan məşğul olunması qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi məsuliyyət yaradır.

Lisenziyaların alınması fəaliyyəti hüquqi prosedur olaraq özünün nisbi çətinliyi ilə seçilsə belə, bu zəruri addımın gözardı edilməsi tövsiyə olunmur. Bu sizin biznesinizin fəaliyyətinin hüquqi risklərdən və maliyyə itkilərindən siğortalanması baxımından əhəmiyyətlidir.

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.