XİDMƏTLƏRİMİZHüquqi Yardım

Düzgün hüquqi tərəfdaş seçimi hüquqi problemlərlə üzləşməmək və hüquqi problemlərinizin həlli üçün ilkin və ən vacib addımdır. Bu nüansla bağlı verilmiş yalnış qərar bir çox hallarda məsələnin taleyini sizin əleyhinizə həll etmiş olur. Buna görə də, özünüzə hüquqi tərəfdaş seçərkən diqqətli olmağınızı tövsiyə edirik.

Biz hüquqi xidmətlər (vəkil xidmətləri) sahəsində ən yaxşılardan olduğumuz iddiasındayıq!

ACON öz müştərilərinə peşəkar hüquqi konsultasiya və vəkil xidmətləri təklif edir. Partnyorumuz olan vəkillər hüququn müxtəlif sahələrində ixtisaslaşmışdır. Əmin ola bilərsiniz ki, vəkillərimiz sizlərə keyfiyyətli hüquqi konsultasiya təqdim edəcək, həmçinin hüquqi mübahisələrin məhkəməyə qədər və məhkəmə qaydasında həlli ilə bağlı xidmətlər göstərəcəkdir.

Vəkillərimiz Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də hüquqi yardım göstərməkdədir. Onların xarici dil bilikləri əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə öz problemlərini lazımi qaydada çatdırmağa imkan verməkdədir.

bt_bb_section_bottom_section_coverage_image

Vəkillərimiz və hüquqşünaslarımız sizə hüququn bir çox sahələri üzrə köməklik göstərmək iqtidarındadır:

Miqrasiya hüququ:

Bu xidmət növü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təklif olunur. Biz əcnəbi müştərilərimizə Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla Müvəqqəti Yaşamaq üçün İcazələrin, Daimi Yaşamaq üçün İcazələrin alınması üzrə xidmətlər göstəririk.

Bugünədək yüzlərlə Sahibkara, Biznes İnvestorlarına, Daşınmaz Əmlak investorlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası ərazisində Yaşamaq üçün İcazələrin alınması ilə bağlı xidmətlər göstərmişik.

Eyni zamanda ACON sahibkarlara öz əcnəbi işçiləri üçün İş icazələrinin və Müvəqqəti Yaşamaq üçün İcazələrin alınması üçün xidmətlər təklif edir.

Mülki hüquq:

Mülki hüquq olduqca çoxşaxəli olmaqla bizim hər birimizin gündəlik qarşılaşdığımız hüquq sahəsidir. İstər sahibkarlar, istərsə də fiziki şəxslər fəaliyyətlərinin istənilən sahəsində bu və ya digər mülki hüquq münasibətlərinin iştirakçısı olurlar. Müqavilələr, Kredit mübahisələri, Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı, Vərəsəlik, Alqı-satqı və s. bizim hər birimizin gündəlik fəaliyyətimizdə mühüm yer tutmaqdadır.

Biz sizə mülki hüququn istənilən sahəsi üzrə hüquqi yardımlar göstərməyə, mübahisələrin həlli ilə bağlı hüquqlarınızın təmin olunması üçün çalışmağa hazırıq.

Əmək və sosial təminat hüququ:

Biznes və əmək fəaliyyətinizlə bağlı siz Azərbaycan Respublikasının Əmək və sosial təminat hüququ sahəsində yetərincə suallarla qarşılaşacaqsınız. İstər sahibkarlara, istər işçilərə onların Əmək  və sosial təminat hüququ sahəsində qarşılaşdıqları hüquqi problemlərin həlli ilə bağlı kömək etməyə hazırıq.

Təcrübəli hüquqşünaslarımız sizin qarşılaşdığınız problemlərin mahiyyətini dərindən öyrənməklə sizə ən uyğun həll yollarını təklif edəcəkdir. Hüquqi zərurət yarandığı təqdirdə hüquqlarınızın məhkəmə mübahisələndirilməsi qaydasında həll olunmasına çalışacağıq.

Vergi hüququ:

Sahibkarlar hüququn bu sahəsi üzrə mütəmadi olaraq suallarla və bəzi hallarda problemlərlə qarşılaşırlar. Bu isə olduqca təbiidir.

ACON xidmətləri sizə Vergi Hüququ sahəsində qarşılaşdığınız problemlərin qanunvericiliyin tələbləri çərçivəsində həll olunmasına kömək olacaqdır. Eyni zamanda biz sizə öz fəaliyyətinizi Azərbaycan Respublikasının Qanunvericilik aktlarının tələblərinə uyğun təşkil etməyiniz üçün kömək edəcəyik. Bu isə sizə gələcəkdə hərhansı hüquqi problemlərlə qarşılaşmamağınız və ya qarşılaşdığınız problemləri asanlıqla həll etməyiniz üçün lazımdır.

Cinayət hüququ və İnzibati hüquq:

ACON tərəfdaşı olan vəkillərlə bugünədək çoxsaylı şəxslərə (Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə) dəfələrlə istər məhkəmədə, istərsə də istintaq orqanlarında uğurla hüquqi xidmətlər göstərmiş, onların maraqlarını müdafiə etmişdir.

Cinayət və ya İnzibati işin növündən və xarakterindən asılı olmayaraq  hüquqi problemlərinizin həllini komandamıza həvalə etməyinizi tövsiyə edirik.

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.