AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

İddia ərizəsi, Apellyasiya və Kassasiya şikayətlərinin hazırlanması (tərtibi)

Dekabr 14, 20221

İddia ərizəsi, Apellyasiya və Kassasiya şikayətlərinin hazırlanması əsasən hüquqi mübahisələrin həlli ilə əlaqədar əhəmiyyətli rol oynayır. Təcrübəmizdə şahidi oluruq ki, mübahisə tərəfləri bu ərizələrin hazırlanmasına bir çox hallarda yetərincə diqqət ayırmırlar. Bu isə sizi ciddi hüquqi risklərlə üz-üzə qoya bilər.

Nə üçün iddia ərizəsi hazırlanması (tərtibi) ilə bağlı peşəkar yardım almaq zəruridir? 

İddia ərizəsi dedikdə şəxslərin tələblərinin, xahişlərinin əsaslandırıldığı yazılı müraciət forması nəzərdə tutulur. Onun ən düzgün formada hazırlanması (tərtibi) hüquqi mübahisənin həlli baxımından olduqca əhəmiyyətlidir.

Bəs biz iddia ərizəsinin ən düzgün formada hazırlanması (tərtibi) dedikdə nə nəzərdə tuturuq? Qeyd etdiyimiz kimi, iddia ərizəsi bizim iddiamızın əsaslandırıldığı və tələblərimizin qeyd olunduğu ərizə formasıdır.

Tələblərimizin ən dolğun formada əsaslandırılması üçün biz işin faktiki hallarını iddia ərizəsində düzgün əks etdirməliyik. Həmçinin, işin faktiki halları ilə qanunvericilik normalarını düzgün şəkildə əlaqələndirmək zəruridir. Bu isə, hüquqi bilik və praktiki təcrübə tələb edən fəaliyyət növüdür.

Şahidi oluruq ki, bir çox hallarda şəxslər iddia ərizəsi hazırlanması (tərtibi) prosesinə o qədər də əhəmiyyət vermədən şablon formalardan istifadə etməyi üstün tuturlar. Düzdür, belə olan halda məhkəmələr həmin iddia ərizələrini icraata qəbul edirlər, çünki onların vəzifəsi iddia ərizəsinin keyfiyyətinə yox, formasına nəzarət olunmasıdır. Ancaq, düzgün əsaslandırılmamış iddia ərizəsi hətta haqlı olduğunuz halda qərarın sizin əleyhinizə çıxarılması ilə nəticələnə bilər.

Əsaslandırma ilə yanaşı iddia ərizələrinin “xahiş” hissəsinin diqqətli yazılması da vacibdir. Sizin məhkəmədən hansı qərarı qəbul etməyi istədiyiniz, məhz bu hissədə öz əksini tapır. Aydın və konkret olmayan “xahiş” hissəsi məhkəmənin sizin xeyrinizə qərar qəbul etməsini çətinləşdirir. Tələbin qeyri-dəqiq yazıldığı hallarda iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarıla bilər.

Bütün bunlara əsasən biz sizlərə tövsiyə edirik ki, iddia ərizəsinin hazırlanması (tərtibi) prosesinə ciddi şəkildə yanaşasınız. Hüquqi biliklərə və bununla əlaqədar təcrübəyə malik deyilsinizsə peşəkarlara üz tutmağınız vacibdir.

Apellyasiya şikayətlərinin hazırlanması (tərtibi) ilə bağlı hüquqi yardım almaq zərurəti:

Apellyasiya şikayəti ərizəsi dedikdə birinci instansiya məhkəmələrinin qərarlarından verilmiş şikayət forması nəzərdə tutulur. Eynilə, iddia ərizəsinin tərtib olunmasında olduğu kimi, şəxslər apellyasiya şikayətinin hazırlanması prosesinə də yetərincə diqqət ayırmırlar. Bu isə gözlənilməz hüquqi risklərə səbəb ola bilər.

Apellyasiya şikayətinin hazırlanması (tərtibi) ilə bağlı ən vacib nüans ondan ibarətdir ki, siz birinci instansiya məhkəməsinin qərarının nə üçün qanunvericiliyə və işin hallarına müvafiq olmadığını ən düzgün formada əsaslandırmalısınız. Burada müvafiq olaraq maddi və prosessual hüquq normalarına istinad edilməlidir. Həmçinin, məhkəmə tərəfindən hansı hüquq normalarının düzgün tətbiq edilməməsi, tətbiq edilməli olan hüquq normaları da şikayətdə qeyd edilməlidir.

Bununla yanaşı birinci instansiya məhkəməsi zamanı iş araşdırılan zaman yol verilmiş maddi və prosessual pozuntular əsaslandırılaraq təsvir edilməlidir. Ümumiyyətlə, istər iddia ərizəsi, istərsə də apellyasiya və kassasiya şikayətlərinin yazılmasında əsas məqsəd məhkəməni öz haqlı mövqeyinizə inandırmaqdır. İnandırmağın əsas şərti isə hüquqi baxımdan düzgün əsaslandırmadır.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, apellyasiya şikayəti ərizəsinin yazılması hüquqi biliklər və peşəkar əsaslandırma qabiliyyəti tələb edir. Belə olan halda vəkil xidmətlərindən yararlanaraq düzgün əsaslandırılmış apellyasiya şikayətləri ilə birinci instansiya məhkəməsi tərəfindən pozulan hüquqlarınızın təmin olunmasına nail ola bilərsiniz.   

Kassasiya şikayətlərinin hazırlanması (tərtibi) ilə bağlı hüquqi yardım almaq zərurəti:

Kassasiya şikayəti ərizəsi dedikdə apellyasiya məhkəməsinin qərarından verilmiş şikayət forması nəzərdə tutulur. Həmçinin, Kassasiya şikayəti ilə bağlı önəmli məqamlardan biri budur ki, kassasiya və əlavə kassasiya şikayətləri, yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Bu o deməkdir ki, kassasiya şikayətini şəxs özü göndərdiyi halda geri qaytarılacaq və iş icraata qəbul edilməyəcək.

Apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də əsaslandırma və apellyasiya məhkəməsinin yol verdiyi hüquq pozuntularını geniş təsvir etmək önəmlidir. Kassasiya instansiyasının son instansiya olduğunu nəzərə alsaq şikayətin diqqətli hazırlanması sizi hüquqi risklərdən sığortalaya bilər. Bu səbəbdən də son məhkəmə instansiyasında effektiv nəticə almaq və pozulmuş hüquqlarınızı bərpa etmək üçün peşəkarlardan dəstək almağınız labüddür.

ACON Hüquq Firması olaraq sizə iddia ərizələri, apellyasiya və kassasiya şikayətlərinin keyfiyyətli şəkildə, qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi və hüquqlarınızın müdafiə edilməsi sahəsində xidmətlər təklif edirik. Bizim peşəkar vəkillərimizə güvənərək hüquqlarınızın effektiv müdafiəsindən yararlana bilərsiniz

Həmçinin bax:
  1. ACON Hüquq Firması, Vəkil Xidmətləri: https://acon.az/az/vəkil, https://acon.az/az/vəkil-xidmətləri
  2. ACON Hüquq Firması, Boşanma işləri üzrə vəkil xidmətləri. Əmlak Bölgüsü və Aliment: https://acon.az/az/bosanma-isləri-uzrə-vəkil-xidmətləri/
  3. ACON Hüquq Firması, Cinayət işi (işləri) üzrə Vəkil Xidmətləri: https://acon.az/az/cinayət-isləri-uzrə-vəkil-xidmətləri/
  4. ACON Hüquq Firması, Kommersiya işləri (iqtisadi mübahisələr) üzrə Vəkil Xidməti: https://acon.az/az/iqtisadi-mubahisələr-kommersiya-mubahisələri-uzrə-vəkil-xidmətləri/
  5. ACON Hüquq Firması, Mülki işlər üzrə Vəkil Xidmətləri: https://acon.az/az/mulki-isler-uzre-vekil-xidmetleri/

One comment

  • Zülfiyyə

    Dekabr 20, 2022 at 10:43 səhər

    Mənə kasasiya şikayəti hazırlamaq lazımdı. Kömək edə bilərsiz?
    Kassasiya şikayəti üçün xidmət haqqı nə qədərdir?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.