XİDMƏTLƏRİMİZİmmiqrasiya Xidmətləri

Yeni ölkə yeni fürsətlər deməkdir. Məhz buna görədir ki, hər il milyonlarla insan bizneslə məşğul olmaq, işləmək və ya sadəcə olaraq yaşamaq üçün müxtəlif ölkələrə üz tuturlar. Eynilə hər il onminlərlə insan Azərbaycan Respublikasına daimi və ya müvəqqəti olaraq yaşamaq üçün üz tutur. Ölkəmizin iqtisadi inkişaf tempi, əlverişli biznes mühiti və sosial-mədəni mühit əcnəbiləri Azərbaycan Respublikasına miqrasiya etmək barədə düşündürən səbəblərdəndir.

Ancaq təbii ki, bu proses o qədər də asan proses deyildir. Çünki, təbii olaraq istənilən dövlətin, həmçinin Azərbaycan Respublikasının Miqrasiya Qanunvericliyinin özünəməxsus tələbləri vardır ki, miqrasiya prosesinin icrası zamanı bu cür tələblərin gözlənilməsi zəruridir.

ACON olaraq biz artıq illərdir ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qanuni əsaslarla Azərbaycan Respublikasına miqrasiya prosesində konsultasiya xidmətləri təqdim edirik. Bugünədək, yüzlərlə müştərimiz üçün göstərdiyimiz xidmətlər bizə əminliklə deməyə əsas verir ki, biz öz sahəmiz üzrə ən peşəkarıq.

bt_bb_section_bottom_section_coverage_image

Biz sizə hansı hallarda Azərbaycan Respublikası ərazisində Müvəqqəti Yaşamaq üçün İcazələrin alınmasına kömək edə bilərik?

  • Əgər siz Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı planlaşdırır və ya hazırda Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğulsunuzsa;
  • Azərbaycan Respublikası ərazisində biznes və ya daşınmaz əmlak investisiyası etməyi planlaşdırırsınızsa;
  • Əgər siz Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hərhansı banka müəyyən məbləğ pul vəsaitini əmanət olaraq yerləşdirməyi planlaşdırırsınızsa;
  • Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq əlaqələriniz mövcuddursa.

Yuxarıda göstərilən əsaslardan hərhansı biri mövcuddursa özünüz və eləcə də ailə üzvləriniz üçün Azərbaycan Respublikası ərazisində Müvəqqəti Yaşamaq İcazələrinin alınması ilə bağlı konsultasiya xidmətlərini bizə həvalə edə bilərsiniz. Həmçinin Azərbaycan Respublikasının Qanunvericilik aktları tərəfindən müəyyən olunmuş tələblər daxilində biz sizə və ailə üzvlərinizə Azərbaycan Respublikası ərazisində Daimi Yaşamaq üçün İcazələrin alınması, eləcə də Azərbaycan Respublikası Vətəndaşlığına qəbulla bağlı konsultasiya xidmətləri göstərməyə hazırıq.

Əcnəbi işçiləriniz üçün İş İcazələrinin və Azərbaycan Respublikası ərazisində Müvəqqəti Yaşamaq üçün İcazələrin alınmasını bizə həvalə edin!

Bu xidmət növü Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sahibkarlara təklif olunur. Bugünədək biz çoxsaylı sahibkarlara öz əcnəbi işçiləri üçün İş İcazələrinin və Azərbaycan Respublikası ərazisində Müvəqqəti Yaşamaq üçün İcazələrin alınması ilə bağlı uğurla xidmətlər göstərmişik.

Əcnəbi işçiləriniz üçün İş İcazələrinin və Azərbaycan Respublikası ərazisində Müvəqqəti Yaşamaq üçün İcazələrin alınması ilə  bağlı xidmətlərə ehtiyac duyursunuzsa bizim çoxillik təcrübəmizə arxayın ola bilərsiniz!

Əlavə olaraq bildiririk ki, ACON komandası olaraq Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərə məruz qalan əcnəbilərə və eləcə də vətəndaşlığı olmayan şəxslərə “Qaçqın” statusunun alınması üzrə peşəkar hüquqi xidmətlər təqdim edirik.

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.