AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Kommersiya işləri (iqtisadi mübahisələr) üzrə Vəkil Xidməti

Dekabr 13, 20221

Kommersiya mübahisələri (iqtisadi mübahisələr) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi mübahisələrdir. Bir qayda olaraq kommersiya mübahisələrinin (iqtisadi mübahisələrin) tərəfləri sahibkarlar olur. Burada sahibkar dedikdə, şirkətlər və həmçinin fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxslər başa düşülməlidir. Bu bloq yazımız sizləri kommersiya mübahisələri (iqtisadi mübahisələr) və həmçinin bu cür mübahisələrlə bağlı vəkil xidmətləri ilə əlaqədar məlumatlandırmaqda faydalı olacaqdır.

I. Kommersiya Mübahisələri (iqtisadi mübahisələr) hansı növ mübahisələrdir?

Qeyd etdiyimiz kimi, iqtisadi mübahisə (kommersiya mübahisəsi) dedikdə sahibkarlıq fəaliyyəti subyektləri arasında yaranan mübahisələr nəzərdə tutulur. Burada əsas diqqətə alınmalı nüans ondan ibarətdir ki, mübahisənin hər iki tərəfi mütləq qaydada sahibkartlıq fəaliyyəti subyektləri olmalıdır. Yəni, tərəflər ya şirkətlər, yaxud da ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmalıdır. Əgər tərəflərdən hərhansı biri şirkət və yaxud da ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs deyildirsə bu növ mübahisələr kommersiya mübahisələri hesab olunmur.

II. Kommersiya mübahisələrinin (iqtisadi mübahisələrin) məhkəmə aiddiyyatı. Mediasiya Sessiyası.

Mülki Prosessual Məcəlləyə əsasən kommersiya işləri (iqtsadi mübahisələrə) üzrə işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya mübahisələrindən (iqtisadi mübahisələr) irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl Qanunvericiliklə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yalnız mediasiya sessiyasında iştirakdan sonra tərəflər mübahisəni həll edə bilmədikləri təqdirdə məhkəməyə müraciət edə bilərlər. 

Kommersiya işləri (iqtisadi mübahisələr) üzrə məhkəmə icraatı Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Yəni, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

III. Kommersiya mübahisələri (iqtisadi mübahisələr) ilə əlaqədar vəkil xidmətləri.

Kommersiya mübahisələri (iqtisadi mübahisələr) üzrə peşəkar hüquqi yardım almaq (vəkil xidmətləri) mübahisələrin sizin xeyrinizə həll edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Belə ki, peşəkar hüquqi yardım almaq mübahisə üzrə sübutların toplanması, iddianızın əsaslandırılması və müdafiəsi baxımından zəruridir. Eyni zamanda, vəkil müvafiq sahə üzrə (kommersiya və ya iqtisadi mübahisələr) məhkəmə təcrübəsini hərtərəfli araşdırmaqla işin taleyini həll edə bilər.

Kommersiya mübahisələri (iqtisadi mübahisələr) ilə əlaqədar məhkəmə işlərində vəkilin əsas rolu:
  • Vəkil Kommersiya mübahisələri (iqtisadi mübahisələr) üzrə əhəmiyyət kəsb edən sübutların toplanmasını təmin edir;
  • Kommersiya mübahisələri (iqtisadi mübahisələr) üzrə məhkəməyədək nizama salma prosesində (mediasiya) sizi təmsil edir;
  • Vəkil Kommersiya mübahisələri (iqtisadi mübahisələr) üzrə tələbinizin ən dolğun şəkildə əsaslandırılmasını həyata keçirir;
  • Kommersiya mübahisələri ilə əlaqədar məhkəmə prosesləri zamanı hüquqlarınızı və qanuni maraqlanırızı peşəkar şəkildə müdafiə edir.

Əlavə edək ki, Kommersiya mübahisələri (iqtisadi mübahisələr) ilə əlaqədar peşəkar vəkil xidmətləri həmçinin prosessual normaların tələblərinin gözlənilməsi baxımından əhəmiyyətlidir. Belə ki, biz təcrübəmizdə dəfələrlə şahidi olmuşuq ki, prosessual normalara əməl olunmaması haqlı tələbin müdafiəsini mümkünsüz edir.

ACON Hüquq Firması olaraq sizlərə tövsiyə edirik ki, kommersiya mübahisələri (iqtisadi mübahisələr) ilə əlaqədar yalnız bu sahədə təcrübəli və peşəkar vəkillərə üz tutun. Sizləri əmin edirik ki, bu, hüquqi mübahisələrin sizin xeyrinizə həll edilməsi baxımından həlledici əhəmiyyətə malikdir.

Komandamızın peşəkar vəkilləri kommersiya mübahisələri ilə əlaqədar nəzəri biliklərə və çoxillik məhkəmə praktikasına malikdir. Sizlərə xidmətlərimizi təqdim etməkdən məmnunluq duyarıq.

 

Həmçinin bax:
  1. ACON Hüquq Firması, Vəkil Xidmətləri: https://acon.az/az/vəkil, https://acon.az/az/vəkil-xidmətləri
  2. ACON Hüquq Firması, Boşanma işləri üzrə vəkil xidmətləri. Əmlak Bölgüsü və Aliment: https://acon.az/az/bosanma-isləri-uzrə-vəkil-xidmətləri/
  3. ACON Hüquq Firması, Cinayət işi (işləri) üzrə Vəkil Xidmətləri: https://acon.az/az/cinayət-isləri-uzrə-vəkil-xidmətləri/
  4. ACON Hüquq Firması, Mülki işlər üzrə Vəkil Xidmətləri: https://acon.az/az/mulki-isler-uzre-vekil-xidmetleri/

One comment

  • İman Hüseynov

    Dekabr 21, 2022 at 7:46 səhər

    Şirkətimiz üçün Kommersiya işi üzrə vəkil xidmətlərinə ehtiyacımız var. Zəhmət olmasa detallı məlumatları email vasitəsilə bizə göndərərdiniz.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.