AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Azərbaycan Respublikasında iş icazəsi alınması ilə bağlı hüquqi prosedur

Oktyabr 24, 2021

Azərbaycan Respublikasında iş icazəsi alınması qaydaları ilə bağlı mütəmadi olaraq suallarla qarşılaşırıq. Düşünürük ki, bu bloqumuz sizin suallarınızı cavablandırmaqla sizlər üçün olduqca faydalı olacaqdır.

Kimlər Azərbaycan Respublikası ərazisində iş icazəsi almaqla əmək fəaliyyəti ilə məşğul ola bilər?

18 yaşlı əmək fəaliyyət qabiliyyətli hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə  məşğul olmaq hüququna malikdir.

Ancaq bu zaman müəyyən nüanslar nəzərə alınmalıdır:

Birincisi, Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsi alınması ilə bağlı onların özləri yox, yalnız onları işə götürməyi planlaşdıran şirkətlər və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər aidiyyatı üzrə müraciət etməlidirlər.

İkincisi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız müvafiq sahə üzrə Azərbaycan Respublikası vətəndaşlarının iddia etmədikləri vakant vəzifələr üzrə əmək fəaliyyətinə iş icazəsi almaqla cəlb edilə bilər. Daha aydın bu cür deyə bilərik ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən vəzifə üzrə deyil, sadəcə spesifik vəzifələr üzrə işə götürülə bilər ki, bu zaman işəgötürənlər həmin vəzifəyə nə üçün Azərbaycan Respublikası vətəndaşlarının yox məhz əcnəbinin (vətəndaşlığı olmayan şəxslərin) cəlb olunması zərurətini əsaslandırmalıdırlar.

Üçüncüsü, Azərbaycan Respublikası ərazisində iş icazəsi almaqla əmək fəaliyyətinə cəlb olunan əcnəbilər müvafiq sahə üzrə təhsilə malik olduqlarına dair sənəd təqdim etməlidirlər.

Eyni zamanda nəzərə alınmalıdır ki, hər il yalnız müəyyən sayda əcnəbi və vətəndaşlığı olmayan şəxs (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi illik kvota üzrə)  Azərbaycan Respublikası ərazisində “iş icazəsi” almaqla əmək fəaliyyətinə cəlb oluna bilər.

“İş icazəsi”nin müddəti:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə  əsasən iş icazəsi maksimum 1 il müddətinə verilir və hər il yenilənməlidir. Ancaq işəgötürənlər əcnəbi işçini daha qısa müddətə əmək fəaliyyətinə  cəlb etməyi planlaşdırdıqları halda iş icazəsi 1 ildən daha az müddət üçün verilə bilər.

Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən müəyyən kateqoriya əcnəbilər (vətəndaşlığı olmayan şəxslər) iş icazəsi almadan da əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

“İş icazəsi” almadan əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verilir:

  • Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;
  • Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
  • Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;
  • Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;
  • Diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;
  • Beynəlxalq təşkilatlarda işləyənlərə;
  • Beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;
  • Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;
  • Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;
  • Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;
  • Dənizçilərə;
  • Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
  • İncəsənət işçilərinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
  • Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;
  • Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;
  • Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə;
  • İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə;
  • Himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olanlara;
  • Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.

Tövsiyə edirik:

Bir çox hallarda biz şahidi oluruq ki, sahibkarlar iş icazəsi tələb olunduğu hallarda bununla bağlı rüsumları ödəməkdən yayınmaq üçün əcnəbiləri (vətəndaşlığı olmayan şəxsləri) iş icazəsi almadan əmək fəaliyyətinə cəlb edirlər. Bildiririk ki, bu qanunsuz olmaqla sahibkarları olduqca ciddi hüquqi nəticələrlə üz-üzə qoya bilər.

Eyni zamanda biznes fəaliyyətlərinə əcnəbi (vətəndaşlığı olmayan şəxsi) işçi qismində cəlb etməyi planlaşdıran sahibkarlara tövsiyə edirik ki, iş icazəsi alınması ilə bağlı hüquqi xidmətlər üçün yalnız bu sahədə müvafiq təcrübəyə malik peşəkarlara üz tutsunlar. ACON komandası olaraq sizlərə xidmət göstərməkdən məmnun olarıq!

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
× MESSAGE US!