AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Lisenziya alınması ilə əlaqədar hüquqi xidmətlər

Dekabr 16, 20222

Əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı planlaşdırırsınızsa diqqət etməli olduğunuz məqamlardan biri də fəaliyyət sahəsinin seçilməsidir. Müəyyən spesifik sahibkarlıq fəaliyyəti növləri mövcuddur ki, onların həyata keçirilməsi üçün icazə almaq – lisenziya alınması şərtdir. Lisenziya alınması üçün qanunvericiliyin spesifik tələbləri mövcuddur ki, məhz bu tələblər hüquqi xidmətlər alınmasını zəruri edir.

Lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir.

Xüsusi icazə və ya Lisenziya tələb olunan fəaliyyət sahələrinin siyahısı prezident fərmanı ilə təsdiq edilmişdir. Linkə keçid edərək, siyahı ilə tanış ola bilərsiniz.

I. Lisenziya alınması ilə əlaqədar hüquqi prossedur.

Ərizəçi lisenziyanın alınması üçün lisenziya verən orqana aşağıdakı sənədləri təqdim etməlidir:

  • Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
  • Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
  • Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
  • Ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa);
  • Lisenziya şərtlərinin (qanunla nəzərdə tutulduqda) yerinə yetirilməsini təsdiq edən sənədlər.

Lisenziya verən orqan ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin uyğunluğunu yoxlayır. Qanunvericiliklə daha qısa müddət müəyyən edilməyibsə, icazə verən orqan təqdim olunmuş ərizəyə baxdıqdan sonra ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq icazəni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

II. Lisenziyanın yenidən rəsmiləşdirilməsi və ləğv edilməsi əsasları

Aşağıda qeyd edilən müəyyən hallar mövcud olduqda lisenziya yenidən rəsmiləşdirilir:

  • Lisenziyanın sahibi olan hüquqi şəxs yenidən təşkil edildikdə;
  • Lisenziyanın sahibi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə;
  • Lisenziyanın sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə;
  • İcazənin sahibi icazənin müddətinin uzadılması ilə bağlı icazə verən orqana müraciət etdikdə.

Verilən lisenziyalar qanunvericiliklə nəzərdə tutulmuş konkret hallarda ləğv edilə bilər. Bu hallar aşağıdakılardır:

  • Lisenziyanın sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
  • Lisenziyanın müddəti bitdikdə;
  • Lisenziyanın sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;
  • Lisenziyanın sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
  • Məhkəmənin müvafiq qərarı olduqda;
  • Lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;
  • Lisenziyada göstərilmiş fəaliyyət növü lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarıldıqda.

III. Lisenziyaların müddəti və dövlət rüsumları

Qeyd etməliyik ki, lisenziyalar adətən müddətsiz olaraq verilir. Burada istisna hal kimi mobil rabitə xidmətləri ilə bağlı fəaliyyət növü üçün lisenziya müddəti 10 il müddətində müəyyən edilir.

Lisenziyaların verilməsi üçün hər fəaliyyət sahəsi üzrə müvafiq dövlət rüsumları müəyyən edilmişdir. Bu rüsumların məbləği yuxarıda qeyd etdiyimiz prezident fərmanında öz əksini tapmışdır.

IV. Lisenziyaların alınması ilə bağlı hüquqi xidmətlər

Lisenziya alınması və yenidən rəsmiləşdirilməsi proseduru zamanı tez nəticə əldə etmək üçün diqqət etməli olduğunuz məqamlar var. Düzgün sənədlərin toplanıb müvafiq quruma təqdim edilməməsi sizin üçün vaxt itkisinə səbəb ola bilər. Bu səbəbdən əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə lisenziya ilə bağlı 2 əsas məqama diqqət etməkdə fayda var:

  1. seçdiyiniz fəaliyyət sahəsinin lisenziya tələb edən sahələr siyahısında olub-olmadığını bilmək;
  2. əgər bu siyahıdadırsa lisenziya əldə etmək üçün peşəkarlara müraciət etmək.

ACON Hüquq Firması olaraq sizlərə lisenziyaların alınması ilə əlaqədar hüquqi xidmətlər təklif edirik. Komandamızda fəaliyyət göstərən peşəkar hüquqşünaslar düzgün prossedur qaydalarına əməl etməklə fəaliyyət sahəniz üzrə lisenziyanın əldə edilməsində sizə yardımçı olacaq. Lisenziya alınması prosseduru ilə bağlı hüquqi xidmətlər üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Həmçinin bax:
  1. ACON Hüquq Firması, Vəkil Xidmətləri: https://acon.az/az/vəkil, https://acon.az/az/vəkil-xidmətləri
  2. ACON Hüquq Firması, Boşanma işləri üzrə vəkil xidmətləri. Əmlak Bölgüsü və Aliment: https://acon.az/az/bosanma-isləri-uzrə-vəkil-xidmətləri/
  3. ACON Hüquq Firması, Cinayət işi (işləri) üzrə Vəkil Xidmətləri: https://acon.az/az/cinayət-isləri-uzrə-vəkil-xidmətləri/
  4. ACON Hüquq Firması, Kommersiya işləri (iqtisadi mübahisələr) üzrə Vəkil Xidməti: https://acon.az/az/iqtisadi-mubahisələr-kommersiya-mubahisələri-uzrə-vəkil-xidmətləri/
  5. ACON Hüquq Firması, Mülki işlər üzrə Vəkil Xidmətləri: https://acon.az/az/mulki-isler-uzre-vekil-xidmetleri/

2 comments

  • Murad

    Dekabr 20, 2022 at 7:14 səhər

    Salam, İT sahəsində lisenziya alınması üçün hansı sənədlər lazımdır?

    Reply

  • Həsən İsmayılov

    Dekabr 21, 2022 at 6:26 səhər

    Salam, yeni yaradılacaq klinika üçün lisenziya alınması ilə bağlı hüquqi yardıma ehtiyacımız var. Zəhmət olmasa bizə detallı məlumat göndərməyinizi xahiş edirəm.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.