Yeni ölkə yeni fürsətlər deməkdir. Məhz buna görədir ki, hər il milyonlarla insan bizneslə məşğul olmaq, işləmək və ya sadəcə olaraq yaşamaq üçün müxtəlif ölkələrə üz tuturlar. Eynilə hər il onminlərlə insan Azərbaycan Respublikasına daimi və ya müvəqqəti yaşamaq üçün icazə (yaşayış icazəsi) almaqla yaşamaq üçün üz tutur. Ölkəmizin iqtisadi inkişaf tempi, əlverişli biznes mühiti və sosial-mədəni mühit əcnəbiləri Azərbaycan Respublikasına miqrasiya etmək barədə düşündürən səbəblərdəndir.
Ancaq təbii ki, bu proses o qədər də asan proses deyildir. Çünki, təbii olaraq istənilən dövlətin, həmçinin Azərbaycan Respublikasının Miqrasiya Qanunvericliyinin özünəməxsus tələbləri vardır ki, miqrasiya prosesinin icrası zamanı bu cür tələblərin gözlənilməsi zəruridir.
ACON olaraq biz artıq illərdir ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qanuni əsaslarla Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq üçün icazə (yaşayış icazəsi) alınması prosesində konsultasiya xidmətləri təqdim edirik. Bugünədək, yüzlərlə müştərimiz üçün göstərdiyimiz xidmətlər bizə əminliklə deməyə əsas verir ki, biz öz sahəmiz üzrə ən peşəkarlardanıq.
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici vətəndaşlar Azərbaycanda yaşamaq üçün icazə (yaşayış icazəsi) almaq hüququna malikdirlər. Nəzərə almaq lazımdır ki, bu hüquq Azərbaycanda qeydiyyatdan keçirilmiş şirkətlərin direktorlarına və onların müavinlərinə şamil olunur.
Xarici vətəndaşlar Azərbaycanda fəaliyyət göstərən banklara müddətli bank əmanəti yerləşdirməklə ölkəmizdə yaşamaq üçün icazə (yaşayış icazəsi) əldə edə bilər. Bunun üçün tələb olunan bank əmanətinin minimum məbləği 100 000 AZN olmalıdır.
Əgər xarici vətəndaşın (əcnəbinin) mülkiyyətində Azərbaycanda daşınmaz əmlakı mövcuddursa bu zaman o ölkəmizdə yaşamaq üçün icazə (yaşayış icazəsi) əldə etmək hüququna malik olur. Mövcud qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dəyəri minimum 100 000 AZN olmalıdır.
Əgər əcnəbi şəxs (xarici vətəndaş) Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün İş İcazəsi əldə etmişdirsə, təbii olaraq onun ölkəmizdə yaşamaq üçün icazə əldə etmək hüququ yaranır. Burada nəzərə almaq lazımdır ki, təqdim olunacaq yaşayış icazəsinin müddəti iş icazəsinin etibarlılıq müddəti ilə məhdudlaşdırılır.
Azərbaycan Respublikası vətəndaşlarının yaxın qohumu olan xarici vətəndaşlar (əcnəbilər) Azərbaycanda yaşamaq üçün icazə (yaşayış icazəsi) əldə etmək hüququna malikdirlər. Yaxın qohum dedikdə baba, nənə, ata, ana, oğul, qız və nəvələr nəzərdə tutulur.
Azərbaycan Respublikasında yaşayış icazəsi (yaşamaq üçün icazə) olan xaricilərin ailə üzvləri Azərbaycanda yaşamaq üçün icazə əldə edə bilərlər. Ailə üzvü dedikdə ər, arvad, yaşı 18-dən az olan uşaqlar başa düşülməlidir. Həmçinin yaşı 65-dən çox olan və himayəyə ehtiyacı olan valideynlər də Azərbaycanda yaşamaq üçün icazə (yaşayış icazəsi) əldə etmək hüququna malikdirlər.
Yuxarıda göstərilən əsaslardan hər hansı biri mövcuddursa, siz Azərbaycanda yaşamaq üçün icazə (yaşayış icazəsi) ala bilərsiniz. Bunun üçün sadəcə olaraq müvafiq təsdiqedici sənədləri toplamaq və müraciət etmək kifayətdir. Müraciətlərə istəyinizdən asılı olaraq 10-20 iş günü ərzində baxılır. Daha sonra müraciətiniz müsbət cavablandırılarsa, sizə Azərbaycan Respublikasında yaşamaq üçün icazə (yaşayış icazəsi) vəsiqəsi təqdim olunur.
Miqrasiya hüququ sahəsində sizə lazım olan hüquqi xidmətlərin icrasını peşəkar hüquqşünaslarımıza etibar edə bilərsiniz. Əmin ola bilərsiniz ki, hüquqi xidmətlərimizin keyfiyyəti gözləntilərinizi üstələyəcək.