Mühasibatlıq xidmətlərinin sahibkarlar üçün ən vacib xidmət növlərindən biri olduğunu desək yəqin ki, yanılmarıq. Bu növ xidmətlər istər kiçik, istərsə də, iri biznes subyektlərinin fəaliyyəti üçün olduqca zəruridir. Xüsusilə də, kiçik və orta biznes subyektləri üçün mühasibatlıq xidmətlərinin həyata keçirilməsindən ötrü əlavə işçi cəlb etməkdənsə, bu növ xidmətlərin konsultasiya şirkətlərinə həvalə olunması daha ağlabatandır. Bu, istər pulunuza qənaət etmək, istərsə də görülən işlərin keyfiyyəti baxımından daha sərfəlidir.
ACON olaraq biz öz müştərilərimizə istənilən növ maliyyə əməliyyatlarının icra olunması, vergi və statistik hesabatların vaxtlı-vaxtında təqdim olunması və s. üzrə mühasibatlıq xidmətləri təqdim edirik. Xidmətlərimizdən yararlanmaqla siz mühasibatlıq fəaliyyətinizin təkmil aparılmasına nail olacaqsınız.
Biz mühasibatlıq xidmətlərini aşağıdakı qaydada həyata keçiririk:
Biz sizin biznes fəaliyyətinizə ən uyğun metodu müəyyənləşdirir və tələblərinizlə tanış oluruq. Bundan sonra sizə ən yaxşı həll yollarını təklif edir və xidmətlərin göstərilməsinə başlayırıq.
Xidmətlərimizin icrası zamanı biz qanunvericiliyin tələblərini rəhbər tutmaqla bu sahədə yarana biləcək hüquqi risklərdən sizləri siğortalayırıq.
Müştərilərimizə əlavə olaraq ödənişsiz konsultasiyalar təqdim etməklə onların suallarını aydınlaşdırır, yeniliklərlə bağlı məlumatlandırırıq. Xidmətlərimizi ən yüksək səviyyədə icra edir və bununla bağlı müştərilərimizə vaxtaşırı – aylıq, rüblük və illik – hesabatlar təqdim edirik.
Sizə də öz mühasibatlıq xidmətlərinizi ACON komandasına həvalə etməyi tövsiyə edirik.