AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Mülki işlər üzrə Vəkil Xidmətləri

Dekabr 15, 20226

Hər birimiz gündəlik həyatımızda bir sıra mülki hüquq münasibətlərinin iştirakçılarına çevrilirik. Bu tip hüquq münasibətlərindən ortaya çıxan mübahisələr mülki işlər üzrə mübahisələr hesab edilir. Mülki işlər üzrə mübahisələr zamanı gözlənilən nəticəni əldə etmək üçün diqqət edilməli olan bir sıra vacib məqamlar (Məsələn: vəkil xidmətləri, prosessual müddətlərin gözlənilməsi və s.) var ki, bunlar mütləq nəzərə alınmalıdır.

Qeyd edək ki, mülki işlər (mübahisələr) üzrə əvvəlcədən işin mövcud vəziyyətini və gələcək perspektivini qiymətləndirmək üçün peşəkar vəkil xidmətlərindən yararlanmağınız tövsiyə ediləndir. Bu bloq yazımızda mülki mübahisələr, diqqət edilməli məqamlar və bu növ mübahisələrdə vəkil iştirakının zəruriliyindən bəhs edəcəyik.

I. Mülki işlər üzrə mübahisələr hansı növ mübahisələrdir?

Mülki işlər üzrə mübahisələrin bir sıra növləri var. Təcrübədə tez-tez qarşılaşdığımız mülki hüquq mübahisələri aşağıdakılardır:

  • Ailə, nikah və uşaqla bağlı mübahisələr;
  • Vərəsəlik işləri üzrə mübahisələr;
  • Birgə əmlak üzərində mülkiyyət hüquqlarının müəyyən olunmasına dair mübahisələr;
  • Mənzildən istifadə ilə bağlı mübahisələr;
  • Müqavilələrin icrasının gecikməsi ilə bağlı mübahisələr;
  • Müqavilələrin ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı mübahisələr;
  • Sığorta münasibətlərindən irəli gələn mübahisələr;
  • Bədbəxt hadisələr nəticəsində dəyən maddi və mənəvi zərərlər (delikt);
  • İşəgötürənlə işçilər arasında olan əmək mübahisələri;
  • Borc (kredit) tələblərindən irəli gələn mübahisələr;
  • İstehlakçı hüquqları ilə bağlı mübahisələr;
  • Digər mülki mübahisələr.

Bu mübahisələrin hər biri üzrə ayrı-ayrılıqda diqqət edilməli olan məqamlar mövcuddur. Bu da öz növbəsində hüquqi biliklər və peşəkarlıq tələb edir. Vəkillərin mülki proseslərdə rolu da sizin hüquqlarınızı məhz öz peşəkar bacarıqları ilə təmin etməkdir.

II. Mülki işlər üzrə mübahisələr zamanı diqqət edilməli olan məqamlar hansılardır?

Mülki işlər üzrə pozulmuş hüquqlarını təmin etmək istəyən hər bir şəxs məhkəməyə müraciət etməli olduğunu bilir. Lakin burada diqqət edilməli olan bir sıra məqamlar var ki, onların nəzərə alınmaması istənilən nəticəni almaqda sizə mane ola bilər.

İlk öncə qeyd edək ki, mülki mübahisələr üzrə məhkəməyə qədər mediasiya prosesini keçmək birçox hallarda zəruridir. Siz öz mübahisənizi qarşı tərəflə razılığa gələrək də həll edə bilərsiniz. Mediasiya prosesi bütün mülki işlər üzrə məcburi deyil və yalnız ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya məcburidir. Mediasiya prosesində razılıq əldə olunmadığı təqdirdə siz  məhkəməyə  müraciət edə bilərsiniz.

Digər bir məsələ ayrı-ayrı iddia tələbləri üzrə müəyyən edilmiş iddia müddətləridir. Qanunvericilik müxtəlif işlər üzrə fərqli iddia müddətləri müəyyən etmişdir ki, bu müddətlərin ötürülməsi sizin pozulmuş hüquqlarınızın bərpasını mümkünsüz edə bilər.

Həmçinin, mülki işlər üzrə məhkəmə aidiyyəti də diqqət edilməli məqamlardandır. Siz iş üzrə hansı məhkəməyə müraciət etməli olduğunuzu əvvəlcədən dəqiq bilməlisiniz. Əks halda aidiyyət qaydaları pozulmuş olur  və bu sizin üçün vaxt itkisinə səbəb ola bilər.

Bununla yanaşı məhkəməyə müraciət edərkən:
  • iddia ərizəsinin tərtibi qaydalarına riayət etmək;
  • iş üzrə əlaqəli sübutları toplamaq və məhkəməyə təqdim etmək mülki mübahisə üzrə uğurlu nəticə əldə etməyin əsasıdır.

Nəzərə alsaq ki, hər kəs qanunvericiliyin tələbləri barədə məlumatlı olmur, lakin qanunu bilməmək məsuliyyətdən azad etmir. Bu səbəbdən də hüquqlarınızın qorunmasını qanunu bilən və sizə, doğru istiqamət göstərən peşəkar vəkillərə həvalə etməyiniz daha məqsədəuyğundur

III. Mülki işlər (mübahisələr) üzrə vəkil xidmətləri.

Mülki işlər (mübahisələr) üzrə istər iddiaçı, istərsə də cavabdeh tərəf hüquqi xidmətlərdən (vəkil xidmətləri) yaralana bilər. Vəkilin mülki işlər (mübahisələr) üzrə mübahisələrdə əsas rolu:

  • ona müraciət edən şəxsi prosesin əvvəlindən sonuna qədər məhkəmədə təmsil etmək;
  • iş üzrə lazımi sübutları toplamaq;
  • məhkəmədə iddiaçının tələbini əsaslandırmaq;
  • və ya cavabdehə qarşı irəli sürülmüş tələbi əsaslı şəkildə rədd etmək;
  • iş üzrə qanunvericiliyin tələblərinə uyğun iddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərini vəs. məhkəmə sənədlərini hazırlamaqdan və s. ibarətdir.

Bəzən iş üzrə önəmli olan sübutların əldə olunması fiziki şəxslər üçün bir o qədər də əlçatan olmur və ya uzun müddət tələb edir. Bu da lazımi sübutların məhkəməyə vaxtında təqdim edilməməsi ilə nəticələnir. Vəkillər isə adətən iş üzrə müvafiq qurumlardan və ya şirkətlərdən lazımi məlumatları sübut qismində vəkil sorğusu əsasında qısa müddətdə əldə edə bilirlər.

Qeyd edilənlərdən də göründüyü kimi peşəkar vəkil xidmətləri mülki işlər (mübahisələr) üzrə sizi qarşılaşa biləcəyiniz hüquqi risklərdən sığortalamaqda əhəmiyyətli rol oynayır.

ACON Hüquq Firması olaraq sizlərə tövsiyə edirik ki, mülki işlər ilə əlaqədar yalnız bu sahədə təcrübəli və peşəkar vəkil xidmətlərindən yararlanasınız. Komandamızın peşəkar vəkilləri mülki mübahisələr ilə əlaqədar nəzəri biliklərə və geniş təcrübəyə malikdirlər. Sizlərə xidmətlərimizi təqdim etməkdən məmnunluq duyarıq.

 

Həmçinin bax:
  1. ACON Hüquq Firması, Vəkil Xidmətləri: https://acon.az/az/vəkil, https://acon.az/az/vəkil-xidmətləri
  2. ACON Hüquq Firması, Boşanma işləri üzrə vəkil xidmətləri. Əmlak Bölgüsü və Aliment: https://acon.az/az/bosanma-isləri-uzrə-vəkil-xidmətləri/
  3. ACON Hüquq Firması, Cinayət işi (işləri) üzrə Vəkil Xidmətləri: https://acon.az/az/cinayət-isləri-uzrə-vəkil-xidmətləri/
  4. ACON Hüquq Firması, Kommersiya işləri (iqtisadi mübahisələr) üzrə Vəkil Xidməti: https://acon.az/az/iddia-ərizəsi-apellyasiya-və-kassasiya-sikayətlərinin-hazirlanmasi/

6 comments

  • Bəhruz Müslümov

    Dekabr 20, 2022 at 6:32 səhər

    Salam. Əvvələn sizə qeyd etdiyiniz məlumatlara görə minnətdaram. Mən mülki işlər vəkili ilə görüş götürmək istəyirəm. Bilmək istərdim ki, əvvəlcədən yazılmaq zəruridirmi? Yoxsa istənilən vaxt ofisinizə yaxınlaşa bilərəm?

    Reply

    • ACON Consulting

      Dekabr 20, 2022 at 7:06 səhər

      Salam. Bəli, qabaqcadan görüş vaxtının təyin olunması mütləqdir. Bizimlə qeyd olunan əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz:
      Telefon: +994 50 990 15 99
      Email: info@acon.az

      Reply

  • Əhməd İmanov

    Dekabr 20, 2022 at 6:50 səhər

    Salam, Mulki isler uzre vekil xidmetleri (vereselik isi uzre) ile maraqlaniram. Bilmek isterdim ki, siz bu cur mulki islere baxirsiniz?

    Reply

    • ACON Consulting

      Dekabr 20, 2022 at 7:03 səhər

      Salam. Bəli. Vəkillərimiz istənilən növ mülki işlər üzrə müştərilərimizə xidmətlər təqdim etməkdədir. Zəhmət olmasa vebsaytımızda qeyd olunmuş əlaqə vasitələri ilə bizimlə əlaqə saxlayıb sizə necə kömək edə biləcəyimizi bildirin.

      Reply

  • Sərxan Yusifov

    Dekabr 20, 2022 at 10:24 səhər

    Borcun alınması ilə bağlı hüquqi xidmət göstərirsiniz?
    borc müqaviləsi olmadan verilmiş pulun alınması hansı qaydada olacaq?
    Mənə kömək edəcək yaşı vəkilə ehtiyacım var. Kömək edin xahiş edirəm.

    Reply

  • Mikayıl Osmanov

    Dekabr 21, 2022 at 6:49 səhər

    Mulki isler uzre vekil xidmetlerine ehtiyacim var, bilmek isterdim ki, ozum olkede deyilemse bele dasinmaz emlakla elaqedar diger bir shexsi mehkemeye vere bileremmi?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.