AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Peşəkar Hüquqi YardımVəkil Xidmətləri

Müasir dövrdə hər birimiz müxtəlif anlaşma və sövdələşmələr edir, danışıqlar aparır, müxtəlif müqavilə və əqdlər imzalayır, eyni zamanda bu münasibətlərdən irəli gələn hüquqi problemlərlə də rastlaşırıq. Heç şübhəsizdir ki, bir çox hallarda bu problemləri danışıqlar yolu ilə həll edə bilmir, bunun üçün məhkəmələrə müraciət etməli oluruq.

İstər yeni hüquqi münasibətlərə daxil olarkən, istərsə də artıq daxil olduğumuz mövcud münasibətlər ilə əlaqədar yaranmış hüquqi problemlərlə bağlı peşəkarlardan yardım almaq zərurəti meydana gəlir.

Bu xüsusda, peşəkar şəxslər dedikdə, şübhəsiz ki, vəkil və hüquqşünaslar nəzərdə tutulur. İlk baxışdan bu iki anlayış arasındakı fərqi müəyyən etmək müştərilər üçün bir qədər qəliz görünsə də, onlar arasındakı əsas fərqin xidmət sahələrinin miqyası ilə bağlı olduğunu deyə bilərik. Belə ki, hüquqşünaslar sizə hüququn bu və ya digər sahələri ilə bağlı məsləhətlər verib, müxtəlif növ hüquqi xidmətlər təqdim etsələr də, vəkillər bunlarla yanaşı, sizə Azərbaycan Respublikası məhkəmələrində təmsilçilik xidmətləri də göstərirlər.

bt_bb_section_bottom_section_coverage_image

Sizə Azərbaycan Respublikası ərazisində lazım olan hüquqi xidmətlərin icrasını hüquqşünaslarımıza həvalə edin!

Qeyd edildiyi kimi, istənilən növ hüquqi əhəmiyyətli məsələ ilə əlaqədar olaraq hüquqşünaslara üz tutmaq mühüm əhəmiyyət kəsb edir. Gündəlik iş həyatımızda bir çox hallarda şahid oluruq ki, şəxslər peşəkarlarla məsləhətləşmədən müxtəlif sövdələşmələr edir, müqavilə və əqdlər imzalayırlar. Görülən işin mahiyyətindən asılı olmayaraq belə bir addım atmaq gələcəkdə sizi hüquqi risk və problemlərlə qarşı-qarşıya qoya bilər. Hüquqşünaslarımız sizə Azərbaycan Respublikası ərazisində hüququn istənilən sferası üzrə (Mülki Hüquq, Kommersiya Hüququ, Korporativ Hüquq, Cinayət Hüququ, Miqrasiya Hüququ, Vergi Hüququ, Əqli Mülkiyyət Hüququ, Əmək Hüququ və s.) peşəkar hüquqi xidmətlər göstərməyə hazırdır. Onlar həmçinin, yaranmış problemlərin həlli ilə bağlı sizə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsləhətlər verməklə uğurlu nəticənin əldə edilməsində yardımçı olacaqlar.

Biz sizə Azərbaycan Respublikası ərazisində peşəkar vəkil xidmətləri təqdim edirik!

Qeyd etdiyimiz kimi, vəkillər istənilən növ hüquqi xidmətlər göstərməklə yanaşı, pozulmuş hüquqlarınızın bərpası ilə əlaqədar sizləri Azərbaycan Respublikası məhkəmələrində təmsil və müdafiə edirlər. ACON komandası olaraq sizlərə məhkəmə mübahisələri ilə əlaqədar peşəkar vəkil xidmətləri təqdim etməyə hazırıq. Biz artıq uzun illərdir ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə hüququn müxtəlif sahələri üzrə vəkil xidmətləri təqdim etməkdəyik. Vəkillərimiz hüququn bir çox sahələri üzrə hərtərəfli bilik və çoxillik təcrübəyə, həmçinin xarici dil biliklərinə sahibdirlər.

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.