AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Vəkil XidmətləriVəkil Malik Qurbanov

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü - Vəkil Malik Qurbanov

Mən – Vəkil Qurbanov Malik Hakim oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə ali təhsil almışam. 10 ildən artıqdır ki, hüquq sahəsində peşəkar praktiki fəaliyyətlə məşğulam. Bu müddət ərzində bir çox dövlət və özəl sektorlarda əmək fəaliyyəti ilə məşğul olmuşam.

Artıq 5 ildir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olaraq müştərilərimə peşəkar hüquqi yardım – vəkil xidməti təqdim etməkdəyəm. ACON Hüquq Firmasının həmtəsisçisi və direktoruyam.

bt_bb_section_bottom_section_coverage_image
Vəkil Malik Qurbanov tərəfindən təqdim olunan xidmətlər:

Hər birimiz gündəlik həyatımızın müxtəlif sahələrində bu və ya digər hüquqi münasibətlərə daxil olur və yaxud da ki, hüquqi xarakterli problemlərlə qarşılaşırıq. Daxil olduğumuz hüquqi münasibətlərin tənzimlənməsi, hüquqi risklərin müəyyənləşdirilməsi və hüquqi xarakterli problemlərin həlli ilə bağlı peşəkar hüquqi yardım almaq – peşəkarlara müraciət etmək olduqca zəruridir.

Vəkil Malik QurbanovMən öz hüquqi karyeram dövründə çoxsaylı dövlət və özəl qurumlarda hüquqi təcrübəyə yiyələnmişəm. Artıq 5 ildir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüyəm. Vəkil olaraq bu müddət ərzində müxtəlif xarakterli hüquqi məsələlərlə bağlı müştərilərimə vəkil xidmətləri (vəkil xidməti) təqdim etməkdəyəm. Mən hüququn bir çox sahələri üzrə ixtisaslaşmış vəkil kimi sizlərə öz xidmətlərimi təklif edirəm: Biznes Hüququ, Mülki Hüquq, Cinayət Hüququ, Miqrasiya Hüququ, Ailə Hüququ və s.

Qarşılaşdığınız hüquqi problemlərin növündən asılı olmayaraq (iqtisadi, mülki, cinayət, inzibati miqrasiya və s.) bizə müraciət edə bilərsiniz. Bu sizə hüquqi risklər və hüquqi həllərlə bağlı peşəkar məsləhətlər almağa və hüquqi xidmətlər əldə etməyə imkan verəcəkdir. Xidmətlərimizdən yararlanmaqla hüquqi risklərinizi siğortalayacağınızdan və problemlərinizin həlli ilə bağlı yüksək keyfiyyətli hüquqi xidmətlər əldə edəcəyinizdən əmin ola bilərsiniz.

Çoxillik hüquqi praktiki təcrübəm  və hüquqi biliklərim müştərilərimə yüksək keyfiyyətli və peşəkar hüquqi xidmətlər təqdim etməyimin qarantiyasıdır. Əminliklə vurğulaya bilərəm ki, təqdim edəcəyim hüquqi xidmətlərin  keyfiyyəti gözləntilərinizi üstələyəcəkdir.

Vəkil olaraq xidmətlərimi hansı qaydada təqdim edirəm?

İlkin olaraq müştərilərimizlə görüş təyin etməklə işin halları ilə tanış olur və işin hüquqi perspektivinin müəyyənləşdirilməsini həyata keçiririk. Müştərilərimizin suallarını aydınlaşdırır, iş materialları ilə tanış oluruq. Müştərilərimizə kömək edə bilmək üçün ən optimal həll yollarını müəyyənləşdiririk.

Müvafiq iş materialları ilə tanış olduqdan sonra işin xarakterindən və perspektivlərdən asılı olmaqla müştərilərimizə vəkil xidmətlərimizi təklif edirik. Müştərilərimizlə razılıq əldə olunmasından sonra onlarla müqavilə bağlayır və onların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərin icra olunmasına başlayırıq.

Vəkil Malik Qurbanovla görüş təyin etmək üçün öncədən bizə yazmağınızı tövsiyə edirik.

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.