Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının yaradılması

May 30, 20220

I. Xarici hüquqi şəxs və onun nümayəndəlik və filialları

II. Xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatı

III. Xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınmasından imtina

  1. Hüquqi şəxs, sadə şəkildə ifadə edilərsə, hər hansı bir fəaliyyətlə məşğul olan şirkət – ümumi maraqlara sahib bir qrup şəxsin birliyidir. Qeyd edildiyi kimi, bu cür şirkətlərin yaradılmasının əsasında şəxslərin ümumi maraqları dayanır ki, bu maraqlar da müxtəlif ola bilər. Bu məqamda, adətən, iqtisadi maraqlar, yəni tərəflərin hər hansı bir gəlir əldə etməsinə dair maraqları üstünlük təşkil etsə də, qeyri-kommersiya məqsədləri üçün yaradılmış şirkətlərə də rast gəlinir. Məhz bu maraqların növündən və şirkətlərin fəaliyyət istiqamətlərindən asılı olaraq onlar fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsləri və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qeyri-kommersiya hüquqi şəxsləri kimi təsnifləşdirilirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi hüquqi şəxslərin üçüncü növü qismində publik hüquqi şəxsləri də fərqləndirir ki, bunlar da ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan  qurumlardır.

Xarici hüquqi şəxs və onun nümayəndəlik və filialları 

Xarici hüquqi şəxs dedikdə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxslər başa düşülür. Onlar başqa ölkələrin ərazisində öz filial və nümayəndəliklərini yaratmaqla fəaliyyət göstərə bilərlər. Bu xüsusda, nümayəndəlik və filial anlayışlarını aydınlaşdırmaq lazımdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-cü maddəsinə görə nümayəndəlik hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsidir. Elə həmin maddədə filialın anlayışı hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi olaraq müəyyən edilmişdir. Xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri müvafiq qaydada dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərə bilərlər.

Xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatı

hüquqi şəxslərin dövlət qeydiyyatı dedikdə, ölkə ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, eləcə də xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların hüquqi şəxslərin vahid dövlət reyestrinə daxil edilməsi nəzərdə tutulur. Dövlət qeydiyyatına alınmasını müvafiq qaydada Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və ASAN xidmət mərkəzləri tərəfindən həyata keçirilir. Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu 300 manat təşkil edir.

Xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”;
  2. “Təsisçi-hüquqi şəxslər barədə məlumat”;
  3. Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (2 nüsxədə);
  4. Nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı;
  5. Nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə edilməklə);
  6. Nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq));
  7. Nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd;
  8. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);
  9. Nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq));
  10. “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat”(nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə);
  11. Ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;
  12. Etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda);
  13. Xarici bankların və siğorta şirkətlərinin nümayəndəlikləri və ya filialları yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın və Maliyyə Nazirliyinin ilkin razılığını təsdiq edən sənəd.     

ACON komandası Azərbaycan Respublikasında Xarici Şirkətin filial və ya nümayəndəliyinin qeydiyyata alınması ilə bağlı bütün hüquqi proseslərdə yanınızda olmaqdan məmnun olardı!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.