AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

Xarici şirkətin filial və nümayəndəliyinin qeydiyyatı

May 30, 20221

Xarici şirkət Azərbaycan hüdudlarından kənarda qeydiyyatdan keçirilmiş və fəaliyyət göstərən şirkətdir. Şirkətlərin öz filial və nümayəndəliklərini, habelə törəmə şirkətlərini Azərbaycanda qeydiyyatdan keçirmək hüquqları vardır. Xarici şirkətin filial və nümayəndəliyinin, eləcə də törəmə şirkətin qeydiyyatı olduqca mürəkkəb hüquqi prosesdir. Belə ki, qeydiyyat prosesi hüquqi biliklərlə yanaşı, praktiki təcrübə də tələb edir. İnanırıq ki, bu bloq yazımız xarici şirkətin filial və nümayəndəliyinin, eləcə də törəmə şirkətinin qeydiyyatı haqqında sizləri məlumatlandırmaqda faydalı olacaqdır. Qeyd edək ki, Azərbaycanda filial (filial açmaq), nümayəndəlik və həmçinin törəmə şirkət qeydiyyatı ilə bağlı şirkətimizin xidmətlərindən yararlana bilərsiniz.

I. Xarici şirkətin filialı və Azərbaycanda filial qeydiyyatı.

Şirkət filialı onun bütün funksiyalarını və ya funksiyalarının bir hissəsini, habelə nümayəndəlik funksiyalarını yerinə yetirən ayrıca bölməsidir. Təsisçi şirkət öz filialının yurisdiksiyasını müəyyən etməkdə sərbəstdir. Şirkət filialının yurisdiksiyası filialın Əsasnaməsində öz əksini tapır. Filialın Əsasnaməsi təsisçi şirkət tərəfindən təsdiq edilir.

Qanunvericiliyə əsasən həm yerli, həm də xarici şirkətlər Azərbaycanda filial qeydiyyatdan (filial açmaq) keçirmək hüququna malikdirlər. Filial qeydiyyatı proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycanda filial qeydiyyatı (filial açmaq) üçün lazım olan sənədlərin siyahısını sizin üçün bu bloq yazısına əlavə edirik.

II. Xarici şirkət nümayəndəliyi və Azərbaycanda nümayəndəlik qeydiyyatı.

Şirkətin nümayəndəliyi şirkəti təmsil edən və onun hüquqlarını müdafiə edən ayrıca bölməsidir. Şirkətin Nümayəndəliyinin yurisdiksiyası onun Əsasnaməsində öz əksini tapır. Nümayəndəliyin Əsasnaməsi təsisçi şirkət tərəfindən təsdiq edilir.

Həm yerli, həm də xarici şirkətlər Azərbaycanda Nümayəndəlik qeydiyyatdan keçirmək hüququna malikdirlər. Şirkət Nümayəndəliyinin qeydiyyatı proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycanda Nümayəndəlik qeydiyyatı (Nümayəndəlik açmaq) üçün lazım olan sənədlərin siyahısını sizin üçün bu bloq yazısına əlavə edirik.

Bəs Şirkət filialı ilə onun Nümayəndəliyi arasında nə kimi fərqlər var?

Yuxarıda da qeyd etdiyimiz kimi, şirkətin filialı onun funksiyalarını tam və ya qismən yerinə yetirmək hüququna malikdir. Bu o deməkdir ki, şirkət filialı da şirkətin özü kimi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Həmçinin şirkət filialı şirkətin nümayəndəliyinin funksiyalarını da həyata keçirmək hüququna malikdir. Bunun əksinə olaraq, Nümayəndəlik sadəcə olaraq şirkəti təmsil edir və onun hüquqlarını müdafiə edir. Bir sözlə, Şirkətin Nümayəndəliyi Filialdan fərqli olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmur.

III. Törəmə şirkət və onun Azərbaycanda qeydiyyatı.

Törəmə şirkət ana və ya əsas şirkət tərəfindən qeydiyyatdan keçirilən və onun tərəfindən nəzarət olunan ayrıca şirkətdir. Adətən, ana şirkət törəmə şirkətin səhmlərinin 50%-dən çoxuna sahib olur. Bu, əsas şirkətə törəmə müəssisəyə tam nəzarət hüququ verir. Əgər Azərbaycanda törəmə şirkət qeydiyyatdan keçirməyi (törəmə şirkət açmaq) planlaşdırırsınızsa, nəzərə almalı olduğunuz müəyyən nüanslar var. Burada ən mühüm nüans odur ki, törəmə şirkət qeydiyyatdan keçirmək istəyən əsas şirkətin təsisçilərinin sayı birdən çox olmalıdır. Bundan əlavə, siz ana şirkətin təsis sənədlərini müvafiq qaydada leqallaşdırmaqla qeydiyyat orqanına digər sənədlərlə birgə təqdim etməlisiniz. Nəhayət, tələb olunan təsis sənədlərini hazırlayaraq törəmə şirkət qeydiyyatı üçün müraciət etməlisiniz.

Nəzərə alın ki, Azərbaycanda törəmə şirkət qeydiyyatı üçün birbaşa və ya etibarnamə üzrə nümayəndəniz vasitəsilə müraciət edə bilərsiniz.

IV. Azərbaycanda Xarici şirkət filialı, nümayəndəliyi və törəmə şirkət qeydiyyatı üçün zəruri sənədlərin siyahısı.

Azərbaycanda filial, nümayəndəlik və törəmə şirkətin qeydiyyatı üçün aşağıdakı sənədləri toplamalı və aidiyyatı üzrə müraciət etməlisiniz:

  1. Xarici şirkətin nümayəndəliyinin, filialının və törəmə müəssisəsinin dövlət qeydiyyatına alınması üçün ərizə;
  2. Təsisçi şirkət haqqında məlumat;
  3. Xarici şirkət və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş Əsasnamə. Törəmə Cəmiyyətin Nizamnaməsi (2 nüsxədə);
  4. Nümayəndəliyi və ya filialı, törəmə şirkəti (müəssisəni) qeydiyyatdan keçirməyi planlaşdıran xarici şirkətin Qərarı;
  5. Nümayəndəliyi, filialı və ya törəmə şirkəti (müəssisəni) qeydiyyatdan keçirməyi planlaşdıran xarici şirkətin direktorun təyin edilməsi haqqında Qərarı;
  6. Nümayəndəliyin, filialın və ya törəmə şirkətin (müəssisənin) təsisçisi olan cəmiyyətin qeydiyyatını təsdiq edən sənədlər;
  7. Nümayəndəliyin, filialın və ya törəmə şirkətin (müəssisənin) hüquqi ünvanını təsdiq edən sənəd;
  8. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);
  9. Ərizəçinin şəxsiyyət vəsiqəsi;
  10. Etibarnamə (ərizə nümayəndə tərəfindən imzalanıbsa) və s.

Xarici şirkətin Azərbaycanda filialının, nümayəndəliyinin və törəmə şirkətin qeydiyyatı olduqca mürəkkəb hüquqi prosesdir. Bununla belə, hüquqşünaslarımızın qeydiyyat prosesi ilə bağlı sizə lazımi hüquqi xidmətləri göstərəcəyinə əmin ola bilərsiniz. Azərbaycanda xarici şirkətin filial, nümayəndəlik və həmçinin törəmə şirkətlərinin qeydiyyatı ilə bağlı bizimlə əlaqə saxlamağınızı tövsiyə edirik.

One comment

  • Kamal Rüstəmov

    Dekabr 21, 2022 at 7:52 səhər

    Azərbaycanda xarici şirkət üçün filial və ya törəmə şirkət açmaq istəyirik. Bizə detallı məlumat göndərmənizi xahiş edirik.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.