AZ1025, Baku, Azerbaijan, Azure Business Center, Office 165B

XİDMƏTLƏRİMİZŞirkət Qeydiyyatı

Şirkət qeydiyyatı dedikdə biznes fəaliyyətinə başlamağı planlaşdıran qurumun dövlət qeydiyyatına alınması nəzərdə tutulur. İstənilən yerli və yaxud da ki, əcnəbi şəxs Azərbaycanda şirkət qeydiyyatdan keçirmək hüququna malikdir.

Şirkət qeydiyyatı üçün özünüz müstəqil şəkildə müraciət edə və yaxud da ki, xidmətlərin icrasını peşəkarlara həvalə edə bilərsiniz. ACON olaraq şirkət qeydiyyatı ilə bağlı xidmətlərimizi sizlərə təqdim etməkdən məmnun olarıq.

bt_bb_section_bottom_section_coverage_image

Şirkət qeydiyyatı ilə əlaqədar mövcud tələblər:

Sizin üçün yaxşı xəbərimiz var! Mövcud qanunvericiliyə əsasən şirkət qeydiyyatı üçün  hərhansı nizamnamə kapitalının qoyulması tələb olunmur. Yəni, şirkətinizi istənilən minimum nizamnamə kapitalı ilə qeydiyyatdan keçirə bilərsiniz. Şirkətinizi qeydiyyatdan keçirmək üçün sadəcə olaraq tələb olunan sənədləri hazırlamaq, rüsumları ödəmək və müvafiq qaydada müraciət etmək yetərlidir.

Şirkət qeydiyyatı proseduru:

Əminliklə deyə bilərik ki, şirkət qeydiyyatı prosesi çox asan və olduqca az vaxt alan prosesdir. İlkin olaraq siz və ya etibarnamə üzrə nümayəndəniz qanunvericiliyə uyğun olaraq şirkətinizin təsis sənədlərini hazırlayır. Bundan sonra siz rüsumları ödəyirsiniz və şirkətinizin dövlət qeydiyyatına alınması üçün müraciət edirsiniz. Qeyd edək ki, şirkət qeydiyyatı (Məhdud Məsuliyyətli Cəmiyyət üçün) ilə əlaqədar proses cəmi 2-3 iş günü çəkir. Şirkətlərin qeydiyyatı Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

Şirkətinizi necə qeydiyyatdan keçirməli?

1.  Şirkətinizin təsis sənədlərini hazırlayın.

Şirkət qeydiyyatı üçün müraciət edərkən şəxsiyyətinizi təsdiq edən sənədi (pasport, şəxsiyyət vəsiqəsi və s.), ərizənizi və şirkətinizin təsis sənədlərini təqdim etməlisiniz. Təsis sənədləri dedikdə, şirkətinizin Nizamnaməsi və onun yaradılması haqqında qərar nəzərdə tutulur. Siz həmçinin şirkətinizin qeydiyyatı üçün ərizə formasını doldurmalısınız.

2. Dövlət rüsumlarını və nizamnamə kapitalını ödəyin.

Şirkətinizin Azərbaycanda qeydiyyatı üçün təsis sənədlərini hazırladıqdan sonra tələb olunan dövlət rüsumunu və nizamnamə kapitalını ödəməlisiniz. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda şirkətin dövlət qeydiyyatına alınması üçün minimum nizamnamə kapitalı tələb olunmur. Bu o deməkdir ki, siz şirkətinizin nizamnamə kapitalını istənilən məbləğdə müəyyən edə bilərsiniz.

3. Şirkət Qeydiyyatı üçün müraciət edin.

Siz şirkətinizin Azərbaycanda dövlət qeydiyyatına alınması üçün onlayn və ya oflayn müraciət edə bilərsiniz. Lakin nəzərə almalısınız ki, onlayn qeydiyyat üçün ASAN İMZA (Rəqəmsal İmza) olmalıdır. ASAN İMZA (Rəqəmsal İmza) əldə etmək üçün sizin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəniz olmalıdır. Azərbaycanda yaşamaq icazəniz yoxdursa, onlayn müraciət edə bilməzsiniz. Bununla belə, narahat olacaq bir şey yoxdur. Təsis sənədlərini hazırladıqdan və yuxarıda qeyd etdiyimiz kimi rüsumları ödədikdən sonra kağız daşıyıcılar vasitəsilə oflayn rejimdə müraciət edə bilərsiniz. Müraciət etdikdən sonra şirkətiniz cəmi 2-3 iş günü ərzində qeydiyyatdan keçəcək.

Bütün bu proseslərlə bağlı hüquqi xidmətlərə ehtiyacınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

4. Biznes fəaliyyətinə başlayın.

Beləliklə, şirkətiniz qeydiyyatdan keçdikdən sonra şirkətiniz üçün bank hesablarının açılması üçün müraciət edə bilərsiniz. Həmçinin, yer icarəyə götürə və işçiləri işə götürə bilərsiniz. Bir sözlə, biznesiniz fəaliyyətə hazırdır. Bununla belə, unutmayın ki, əksər biznes sahələri heç bir icazə tələb etməsə də, bəzi biznes sahələri üçün fəaliyyətə başlamaq üçün lisenziyaların alınması zəruridir. Başlamaq istədiyiniz biznes sahəsi icazə almağı tələb edirsə, yalnız lisenziya aldıqdan sonra fəaliyyətə başlaya bilərsiniz.

Şirkət qeydiyyatı ilə əlaqədar xidmətlərin icrasını bizə həvalə edin!

ACON Hüquq Firması olaraq, biz bugünədək çoxsaylı yerli və əcnəbi müştərilərimizə şirkət qeydiyyatı və biznes fəaliyyətinə başlamaqla əlaqədar xidmətlər təqdim etmişik. Bu sahədə ixtisaslaşmış şirkət olaraq, çoxillik təcrübəyə malik olan komandamızla sizlərin xidmətindəyik.

Əgər sizə şirkəti qeydiyyatı, eləcə də Azərbaycanda sahibkarlıq fəaliyyətinə başlamaqla əlaqədar konsultasiya xidmətləri gərəklidirsə bizə müraciət edə bilərsiniz.

bt_bb_section_bottom_section_coverage_image
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON Sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.
ACONOfis
Peşəkar ACON komandasının xidmətlərindən yararlanmaq üçün çəkinmədən bizimlə əlaqə saxlayın.
YERLƏŞİMBizi harada tapa bilərsiz?
https://acon.az/wp-content/uploads/2021/10/map.png
ƏLAQƏ SAXLAYINACON sosial mediada
Bizi sosial media hesablarımızdan izləyə bilərsiniz.